Cəmiyyət

Başqalarının işlərinin düyününü açana, Allah hər nə istəsə verər

18 Mart 2017 21:50
8 Şərh     Baxış: 1 075

Başqalarına yardım etmək və işlərinin düyününü açmaq insanı elə bir ali məqama çatdırar ki, heç özü də onun intizarını çəkməmişdir. Bu bayram günlərində hər kəsin evində bir qazan qaynayır. Ancaq bəzi insanlar vardır ki, iqtisadi ağır zaman onlara daha çox təsir qoyduğu üçün bayram süfrələri boşdur və uşaqlarının yanında xəcalətlidirlər. Ona görə də əgər hər birimiz az da olsa, bu insanların ehtiyaclarına diqqət göstərsək və onlara maddi yardım etsək, necə də gözəl iş görmüş olarıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu gözəl əməlin bərəkətləri ilə tanış olaq:
1. Behiştdə cavidan qalmaq. "Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı". ("Maidə" 85).
2. Şirin həyat. "Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq". ("Mursəlat" 43-44).
3. Dünya və axirət mükafatı. "Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 148).
4. Hər nə istəsələr. "Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!". ("Zumər" 34).
Allah çətinlikdə olanlara isə buyurur: "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". ("Təlaq" 7).
O kəslər ki, yardım əlini uzatmaqdan çəkinər, Allah onlara buyurar: "(Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ". ("Tövbə" 34).
Ona görə də bu bayram günlərində ətrafımıza diqqət edək və ehtiyacı olanlara yardım etməyə çalışaq. Çünki bu əməl bizi insanlığın ən ali dərəcəsinə çatdıracaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    N▪ · 18 Mart 21:5850

    Zənginliyin bəlası xəsislikdir. Əli (ə).

    Cavab yaz
  • Anonim
    ika.e · 18 Mart 22:1010

    Xeyirli bir iş üçün xercleyende ALLAH TEALA 10 mislini yetirer bendesine

    Cavab yaz
  • Anonim
    Ofa · 18 Mart 22:2240

    Boyuk urek sahibleri sexavetli olurlar .Beleleri Allah yolunda ehtiyaci olanlara temennasiz komek edirler ve edilen dualardan urekleri wad olur.Dualar insani bir cox belalardan goruyur

    Cavab yaz
  • Anonim
    SEVDA (Sabirabad) · 18 Mart 22:5020

    Allah gözləmədiyin anda verər sənə hər şeyin ən yaxşısını

    Cavab yaz
  • Anonim
    SEVDA · 18 Mart 22:5830

    Saxavətli insanın yeməyi dərmandır,paxılın yemeyi dərddir.

    Cavab yaz
  • Anonim
    SEVDA · 18 Mart 23:0030

    Allah cənnəti yaradanda cənnət soruşdu məni kimlər ūcūn yaratdın?Buyurdu saxavətli insanlar ūçūn.

    Cavab yaz
  • Anonim
    SEVDA · 18 Mart 23:1830

    Allahı sevdiyinə görə yaxşı insanlar,fəqirə və miskinə yardım edirlər.

    Cavab yaz
  • Anonim
    SEVDA · 18 Mart 23:2630

    Saxavət xoşbəxtlik nişabəsidir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.