Cəmiyyət

Dinin bütün yaxşılıqları – həyadadır

18 Mart 2017 19:50
13 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əli (ə) buyurur: "İnsanların ən aqili - onların ən həyalısıdır".

Həya - gözəl bir geyimdir ki, Allah onu bəndələrinə əta etmişdir. O insanın ki, fitrəti təmizdir, həya və iffət onun gözəl geyimidir.
İmam Əli (ə) buyurur: "Həya - bütün yaxşılıqların xəmir mayasıdır".
"Həya, bütün yaxşılıqların açarıdır".
"Dünyanın ən gözəl libası - həya libasıdır".
İmam Sadiq (ə) buyurur: "İmanı yoxdur o kəsin ki, həyası yoxdur".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Dinin bütün yaxşılıqları - həyadadır". (Tebyan)
İmam Əli (ə) buyurur: "Həya, insanı pis işdən saxlayar".
"Həya - iffət amilidir".
Ona görə də o kəs ki, həya libasını əynindən çıxardar, əql və imandan uzaq olar. Hər nə qədər insanın ağlı və kamalı çox olarsa, həyası da çox olar. Allahdan, insanlardan, özündən həya edər.
İmam Əli (ə) buyurur: "Ağıl - sağlam ağacdır ki, şirin meyvəsi səxavət və həyadır".
Valideyn gərək övlad tərbiyəsində həya mövzusuna diqqət göstərsin və övladının bu fəzilətli sifətə yiyələnməsinə yardım etsin. Çünki o qız və oğlan ki, həyanı öyrənməz, hicabı öyrənməz, özünü kontrol etməyi öyrənməz, güzəşti, məhəbbəti, ehtiramı öyrənməz - insan olmağı öyrənməz. Bu da insanlığın ölməsi deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.