Cəmiyyət

Çuğundurun faydaları

18 Mart 2017 22:20
2 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çuğundur son illərdə aparılan araşdırmaların ən sevimlisi halına gələn son dərəcə faydalı bir tərəvəzdir. Ana vətəni Suriya və Misir olan bu tərəvəz, ölkəmizdə də çox istehsal və istehlak edilir. Bitki qrupu araşdırıldığında ispanaq ailəsinə daxil olduğunu görə bilərik. Araşdırmalar, çuğundurun tək başına bir vitamin mənbəyi olduğunu göstərir. Sağlamlıq baxımından saysız faydası olan çuğundur zülal, karbohidrat, lif və sağlam yağlarla zəngindir. Bundan əlavə, folatü niasin, prodoksin, riboflavin, tiamin, A, C, E və K vitaminləri, natrium, kalium, kalsium, dəmir, manqan, Bat və Bet karotin cəhətdən də olduqca zəngindir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar çuğundurun, tərkibində olan azot oksid adlı maddə sayəsində damar elastikliyini artırdığını və qan dövranını rahatlatdığını göstərir. Çuğundurun damarlar üzərindəki bu təsiri, damar sərtliyi və tıxanıqlığı kimi həyati risk daşıyan xəstəliklərin azaldılmasında böyük rol oynayır. Yüksək təzyiq xəstəliyinə qarşı mübarizədə çuğundurun təsiri artıq məlumdur. Aparılan araşdırmalara görə hər gün bir stəkan çuğundur suyu içmək, 24 saat ərzində təzyiqinizin nizamlanmasına kömək edir.
 
Çuğundurun saysız faydalı tərkibindən bəziləri də fosfor, maqnezium, kalium, kalsium, yod, mis, B1, B2, B6 və P vitaminləridir. Bu maddələr anemiya-qanazlığı xəstəliyinin müalicəsində olduqca təsirlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.