Cəmiyyət

Göz təzyiqi kor edə bilər

18 Mart 2017 21:20
0 Şərh     Baxış: 914

Göz təzyiqi diaqnozu müəyyən edilən çətin xəstəliklərdəndir və xəstəni ciddi görmə qüsurlarına gətirib çıxarır. Cəmiyyətdə bəzi şəxslər göz təzyiqi, bəziləri isə qarasu olaraq adlandırılan qlaukoma, görmə sinirini zədələyərək irəliləyən əhəmiyyətli bir göz xəstəliyidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, görmə sinirlərinə verdiyi zərərlə görmə itkisinə yol açan qlaukoma, dünya üzərində milyonlarla insanı təsiri altına almış vəziyyətdədir. Hər hansı bir əlamət göstərməyən xəstəliyə, yalnız diqqətli göz müayinəsindən sonra diaqnoz qoymaq mümkündür.
Bu səbəblə xəstəlik nə qədər erkən müəyyən edilsə, görmə sinir lifi və hüceyrələri də o qədər məhv olmaqdan xilas olar.
Səhərlər şiddətli baş ağrısı, bəzi zamanlarda bulanıq görmə, televiziya izləyərkən, ya da rəqəmsal ekranlar ilə vaxt keçirərkən göz ətrafında ağrı hissi kimi əlamətlər varsa, qlaukomadan şübhələnə bilərsiniz.
Qlaukomaya təsir edən bir çox faktor vardır. Göz təzyiqinin yüksək olması qlaukomaya tutulma riskini artıran ilk faktordur. Digər əhəmiyyətli faktor isə yaşdır. 60 yaşdan yuxarı olan insanların xəstəliyə tutulma riski xeyli yüksəkdir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.