Cəmiyyət

İmtahanlar nə vaxt olacaq? - DİM açıqladı - VİDEO

17 Mart 2017 22:47
1 Şərh     Baxış: 2 319

Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə magistraturaya sənəd verən 10 650 nəfər, rezidenturaya isə 949 nəfər öz ərizəsini təsdiqləyib.Lakin 3 mindən çox şəxs isə öz ərizəsini təsdiqləməyib.

Bununla yanaşı,bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkün olacaq. Məleykə Abbaszadə ali təhsil müəssisələrinin qəbul imtahanlarının vaxtının hələ də açıqlanmaması məsələsinə də aydınlıq gətirib.

Dövlət İmtahan Mərkəzinin sədri Kolleclərə qəbul imtahanlarına nəzarət üçün İctimai Şuranın yaradılacağını bildirib.Bu şuranın yaradılmasında əsas məqsəd şəffaflığının təmin edilməsidir. . Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri və KİV nümayəndələri qeydiyyatdan keçməlidirlər.

Məleykə Abbaszadə Dövlət qulluğuna qəbul qaydaları tam təsdiqləndikdən sonra imtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcəyinidə bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İmtahanlar nə vaxt olacaq? - DİM açıqladı 

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Wamil · 23 Mart 12:0900

    Qebul imtahaninin vaxti deqiq ne vaxt olacaq ????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.