Cəmiyyət

Azərbaycanda sürücü görün NƏ OYUNDAN ÇIXDI - VİDEO

17 Mart 2017 22:32
4 Şərh     Baxış: 5 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Niva" markalı avtomobilin içini yüklə doldurub, sərnişini də arxa buferində aparır. Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə, heç nə olmamış kimi yoluna davam edir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı "Niva" sürücüsünün kobud qayda pozuntusu görünür.

Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Baş Dövlət yol polisi idarəsinin nətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. O, bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, "Niva"nın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda sürücü görün NƏ OYUNDAN ÇIXDI

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.