Cəmiyyət

"Kamaz" 27 ton yüklə radara düşdü - 137 km/saat sürətlə - VİDEO

17 Mart 2017 21:54
4 Şərh     Baxış: 1 384

İllərdir bu avtomobili sürür başına belə hadisə gəlməmişdi. Üstündə 27 ton olan yük olan avtomobil özündə olmayan sürətə görə cərimələnib. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, maraqlı hadisə Goranboy sakinin başına gəlib. Onun yük maşını 137 km saat sürətlə radara düşüb.

Maraqlı məqam ondan ibarətdir ki, avtomobilin ən yüksək sürət göstəricisi 120 km saatdır. Rayonun Qızılhacılı qəsəbə sakini Mehman Əliyev 2 həftə öncə Bakı-Ələt yolunda hərəkətdə olarkən sürət həddini 67 km saat aşdığı üçün cərimə gəlib.
Uzun illərdir sürücülüklə məşğul qəsəbə sakini "Kamaz"-ın yüklü olduğu halda bu qədər sürət yığa biləcəyini ağlına belə gətirə bilmir. Başına gələn tradikomik hadisə ilə razılaşmayan Mehman Əliyev məsələnin araşdırlmasını istəyir.Yazılan cərimənin isə ləqv edilməsini düzgün hesab edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Yol Polisi İdarəsindən isə bildirilib ki, həmin sürücü idarəyə müraciət etsin. Cərimə araşdırılacaq əgər texniki səhvlik olubsa sürücünün cəriməsi ləgv olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Men · 17 Mart 22:1812

    Yeqin kamaza BMV matoru qoyublar

    Cavab yaz
  • Anonim
    M.R · 17 Mart 22:3840

    Kamaz sürücüləri çox pis maşın sürürlər

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Mart 22:5820

    Bunun yolu 1 mektubdan kechir gonder duzeliw olsun.Ekrana chlxmag da moda duwub

    Cavab yaz
    • Anonim
      Elə Mən · 17 Mart 23:5110

      Ay sağ ol.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.