Cəmiyyət

"Sən supersən!" müsabiqəsinin iştirakçılarına dəstək olan məşhurların sayı artır

17 Mart 2017 18:15
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sputnik Azərbaycanın "Sən supersən!" müsabiqəsinin iştirakçıları Xoşqədəm Mehdiyeva və Pərvanə Alcanovanaya dəstək olmaq üçün başladığı video layihədə iştirak edən Azərbaycan ulduzlarının sayı artır.

Milli.Az bildirir ki, bu dəfə qızlara ünvanlanan dəstək sözlərinə və xoş arzulara "Avroviziya-2011" müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov, tanınmış bəstəkar və teleaparıcı Murad Arif və əfsanəvi "Bakılı oğlanlar" KVN komandasının üzvü, aktrisa Yana Nikitina qoşulub. Bundan öncə isə Sputnik-in bu layihəsində məşhur şoumen və prodüser Murad Dadaşov və populyar müğənni, "Avroviziya-2014" müsabiqəsinin iştirakçısı Dilarə Kazımova iştirak ediblər.

Eldar Qasımov: "Əzizlərimiz Pərvanə və Xoşqədəm, sizi böyük səhnədə ilk uğurlarınızla təbrik edirəm. Həm də sizə gələcək cıxışlarınızda uğurlar arzulayıram. Afərin sizə! Biz sizinləyik, bütün Azərbaycan sizinlədir".
 
Murad Arif: "Əziz qızlar, siz gözəl, cavan və çox istedadlısınız. Biz hamımız sizə azarkeşlik edirik, məmnuniyyətlə çıxışlarınıza baxırıq. Uğurlar sizə! Nə olur olsun özünüzə inamı itirməyin və bilin ki, biz sizi sevirik".
 
Yana Nikitina: "Hamını "Sən supersən!" layihəsinin iştirakçısı, Gəncədən olan qızımıza, gözəl səsli Xoşqədəm Mehdiyevaya dəstək olmağa çağırıram. Gəlin həmyerlilərimizi dəstəkləyək. Axı müsabiqə iştirakçılarına necə çətin olduğunu bilirsiniz, xüsusən də doğma vətəndən kənarda olanda. Bizim bu qızlar artıq qalibdirlər".
 
Həmçinin hər bir kəs Sputnik Azərbaycan portalında başlayan onlayn səsvermədə ölkəni müsabiqədə təmsil edən qızlara səs verə bilər. Bu səsvermənin nəticəsində üç ən çox səs toplamış iştirakçı Sputnik radiosunun efirində çıxış etmək, ən sevimli mahnısını orada ifa etmək imkanı qazanacaq.
Pərvanə və Xoşqədəmin uğurlarını, onların çıxışlara hazırlıqlarını Sputnik Azərbaycan saytlarında xüsusi bölmələrdə və sosial şəbəkələrdə izləmək olar.
 
Azərbaycandan olan ikinci iştirakçımız Xoşqədəm Mehdiyevanın "Sən supersən!" şousunda cıxışı  18 mart saat 21.00-da baş tutacaq. Sputnik Azərbaycan portalında müsabiqənin canlı yayımı təşkil ediləcək.

Rusiyanın NTV telekanalı və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən supersən!" layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan 92 uşaq iştirak edir.

NTV - Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda - yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya - NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.