Cəmiyyət

Dünya Bankında Azərbaycan mətbəxinə səyahət - FOTO

17 Mart 2017 08:33
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 16 mart tarixində Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Bankının (DB) baş qərargahında Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə həmvətənimiz Fəridə Buyuranın "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, sözügedən tədbir DB-nın baş qərargahının İçraçı Direktorlarının konfrans zalında keçirilib. Tədbirdə Dünya Bankının əməkdaşları və həmin təşkilatda işləyən həmvətənlərimiz iştirak ediblər.

2014 və 2015-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki buraxılışla nəşr edilmiş sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən Azərbaycan mətbəxinə həsr edilmiş ilk nəşrdir.

İşıq üzü görəndən beş böyük beynəlxalq mükafata layiq görülmüş və 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər daxil edilib. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar haqqında məlumatlar da daxil edilib.

Tədbirdə Dünya Bankının İçracı Direktorlarından biri olan Verner Gruber çıxış edərək tədbirlə bağlı öz təəssüratlarını bölüşüb.

Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilmişdir. Öz çıxışında F.Buyuran Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərinə dair danışaraq, Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyət olduğunu qeyd edib.

Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanmışdır.
Təqdimatın sonunda Azərbaycan milli mətbəxinin şirniyyatlarından ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.

Xatırlatmaq istərdik ki, ötən gün kitabın təqdimatı böyük uğurla ABŞ Konqresinin kitabxanasında keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.