Cəmiyyət

Sevinc insanı öldürə bilərmi?

16 Mart 2017 22:35
0 Şərh     Baxış: 748

Uzunmüddətli stress, sarsıntı, kədər insan sağlamlığına çox mənfi təsir edir və ilk növbədə ürəyə "vurur".
Bəzən qəfildən pis xəbər eşidən (yaxınının ölümü, yaralanması və s.) insandan "ürəyim dağıldı", "ürəyim partladı" kimi sözlər eşitmək olur. Təəssüf ki, bəzən stress nəticəsində ürək həqiqətən "partlaya" bilər. Tibdə güclü ani stress nəticəsində ürəyin fəaliyyətinin pozulması xüsusi terminlə adlandırılır - "takotsubo sindromu".
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu pozulma zamanı güclü stress nəticəsində ürəyin mədəciklərinin funksiyası kəskin pozulur ki, mədəciklər normal yığıla bilmir və insanda kəskin ürək çatışmazlığı inkişaf edir. Takosubo sindromunun simptomları infarkta bənzəyir. Lakin infarktdan fərqli olaraq bu zaman ürək damarlarının keçiriciliyi pozulmur.
Takosubo sindromu insanın ani ölümünə səbəb ola bilər.
Statistika göstərir ki, takotsubo sindromu daha tez-tez yaşlı insanlarda, xüsusilə yaşlı qadınlarda inkişaf edir.
Maraqlıdır ki, pozulma tək mənfi emosiyalar (həyat yoldaşının ölümü, yas, ağır xəstəliyə tutulmaq və s.) nəticəsində deyil, müsbət emosiyalar nəticəsində də inkişaf edir.
Bu səbəbdən mütəxəssislər yaşlı insanları həm mənfi, həm müsbət emosiyalardan mümkün qədər qorumağı tövsiyə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.