Cəmiyyət

Körpələr niyə allergiya olur?

18 Mart 2017 23:45
5 Şərh     Baxış: 3 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpələrdə allergiya xəstəliyinin ilkin əlamətləri əsasən süd əmməyə başladığı dövrdən meydana çıxmağa başlayır.Körpələrdə(südəmərlərdə)allergiya əlamətləri onların süd qəbul etdikləri vaxtdan bir-neçə saat sonra meydana çıxmağa başlayır.Bu zaman körpə uşaqlarda aşağıdakı əlamətlər meydana çıxır:
* qızartı
* şişkinlik
* dəri səpgiləri
* mədə-bağırsaq sistemində narahatçılıqlar
* qusma
* ishal
* ağır hallarda nəcisdə qan
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu allaergiya süd allergiyası adlanır və yenidoğulmuş uşaqlarda bəzən rast gəlinir.Süd allergiyası olan uşaqların xəstəlikləri ağırlaşdıqda burunda tutulma,öskürək,nəfəsalmada xırıltı və təngnəfəslik meydana çıxır.Allergiyanın olması faktı meydana çıxmazsa və səbəb aradan qaldırılmazsa o zaman körpələrin ağız ətrafı nahiyədə şişkinlik və qaşınma,bəzən də eqzema meydana çıxır.
Bu əlamətlər ən çox ana südü olmadıqda və körpə digər süd məhsullarıilə qidalandıqda meydana çıxır.
Mütəxəssislər ana südü ilə yox inək südü ilə qidalanan uşaqlarda yuxarıdakı əlamətlərin meydana çıxdığını gördükdə mütləq həkimə müraciət etmələrini məsləhət bilir.Körpənin üz,boyun və yanaq hissəsidə də qızartı və şişkinlik müşahisə edildiyi zaman həkimə müracit etmək vacibdir.Çünki,süd allergiyası diaqnozunun qoyulması körpənin vəziyyətində baş verəcək ağırlaşmaların qarşısını ala bilər.Qarşısı alınmadıqda isə belə uşaqlar böyüyəndə tərkibində süd məhsulları olan qidalardan istifadə etdikdə belə onarda allergiya əlamətləri meydana çıxır.Hətta belə uşaqlarda xroniki bronxit inkişaf edə bilir.
Körpələrdə süd allergiyası olmasının diaqnozunu həkim təsdiq edir.Xəstəliyin müalicəsi isə körpə uşağın qidasından süd məhsullarının çıxarılmasıdır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.