Cəmiyyət

Siz haradan bilirsiz ki, peyğəmbərimiz və səhabələri niyyəti dil ilə deməyiblər?

18 Mart 2017 19:15
11 Şərh     Baxış: 633

Niyyət etmək qəlbində bir işə məqsədi olmaq deməkdir. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz.  İslam tarixindən məlumdur ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) heç biri ibadətlərdə niyyəti dil ilə tələffüz etməyiblər. "...Niyyətin dillə deyilməsi ilə bağlı bir söz də olsa belə peyğəmbərdən nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla bir hədis rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, (səhabələrin ardıcılları) nə də digər böyük alimlər bunu yaxşı əməl kimi qəbul etməmişlər". (İbn Qeyyim, Zədul-Məad kitabı, 1/51).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Şeyxul İslam İbn Teymiyə bu barədə buyurmuşdur: "Qüsl, təyəmmüm, namaz, oruc, zəkat və s. ibadətlərə niyyət edərkən, dil ilə tələffüzün olmamasında mötəbər islam alimləri ittifaq etmişlər, hətta onların ittifaqına görə niyyətin yeri qəlbdir. Peyğəmbər, nə də müsəlmanlardan heç kəs buyurmayıb ki, niyyəti dil ilə tələfüz edin. Əgər bu şəriətlə icazəli olsa idi, peyğəmbərimiz onu əsla unutmazdı. Hətta niyyəti dil ilə tələffüz etmək ağla və dinə də bir nöqsandır. Belə ki, dində bu bidətdir (yenilikdir), əqli cəhətdən isə bu bir kəsin yemək yemək istəyinə bənzəyir və o deyir: Niyyət edirəm ki, əllərimi bu qaba salım bu tikəni götürüm və onu ağzıma qoyuram ki, onu çeyniyim, sonra uduram ki doyum. Kim belə bir şey edərsə, onun ədəbləndirilməsi və bidəti etiqad etməkdən çəkindirilməsi gərəkdir". (əl-Fətava əl-Kubra kitabı, 1/214-215).
Niyyət dil tələffüz etmək yalnız həcc və ümrə ziyarətlərində isə icazəlidir. Bu da səhih rəvayətlərlə öz təsdiqini tapıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2220

    Imanin yetkinliyi gozel xasiyyete malik olmaqdir. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2220

    Muselmanliq askardir, imansa urekdedir. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2220

    Momini soyen ozunu bedbextlik cuxuruna atana benzer. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2320

    Zulm ile bir seyi elde eden bizden deyildir. MƏHƏMMƏD PEYĞƏMBƏR S.Ə.S

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2320

    Bizim ustumuze qilinc qaldiran bizden deyildir. MƏHƏMMƏD PEYĞƏMBƏR S.Ə.S

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2320

    Olum arzulamayin. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2420

    Momine iki sey yarasmaz:xesislik ve yalan danismaq. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2420

    Allah butun insanlari bir torpaqdan yaratmisdir. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2520

    Insanlar Ademin evladidir, Adem ise torpaqdan yaranib. MƏHƏMMƏD PEYĞƏMBƏR S.Ə.S

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:2520

    Ozun ucun neyi arzu edirsense, basqalari ucun de onu arzu et, onu iste. MƏHƏMMƏD PEYĞƏMBƏR SƏS

    Cavab yaz
  • Anonim
    Ofa · 18 Mart 19:4930

    Insan heyatinda niyyetin ehemiyyeti boyukdur.Yeni hansisa xeyir iwler gormek arzusundasansa,bu xow niyyet sayilir.onu ede bilmesen de etmiw kimi sayilir.bu da savaba yazilir.Butun xow niyyetli insanlara Allah komek olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.