Cəmiyyət

Yerə düşən yeməyi yeyə bilərikmi?

19 Mart 2017 22:45
1 Şərh     Baxış: 1 619

Yerə düşən yeməklərə bir neçə saniyə ərzində bakteriyanın hopma ehtimalı olduqca aşağı olması iddia edilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Böyük Britaniyadakı Aston Universitetində işləyən professor Entoni Hilton, Birminqemdə iştirak etdiyi bir konfransda mövzu ilə bağlı maraqlı məlumatlar verib.
Yeməklərin yerə düşdükdən sonra çirklənməyəcəyi barədə zəmanətin olmadığını vurğulayan professor Entoni Hilton, bəzi hallarda bir neçə saniyəliyə yerdə qalan yeməklərə bakteriya düşməsi ehtimalının çox az olduğunu bildirib.
O, yeməklərə yerə düşdükdən sonra bakteriya düşməsi ehtimalının yeməyin növü və düşdüyü yerə görə də dəyişdiyini bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl İngiltərədə 2 min insan üzərində aparılan bir araşdırma nəticəsində, əlindən yerə yemək salan hər 100 nəfərdən 79-nun düşən yeməyi yediyi məlum olmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tovuzlu E · 19 Mart 22:5230

    Bakteriya dusmese bele insan nece goturub yeye bilir yere dusmus yemeyi Ele bu sekildekini

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.