Cəmiyyət

Gecə namazının savabı niyə gizli qalır?

19 Mart 2017 19:20
8 Şərh     Baxış: 701

"(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər". ("Səcdə" 16).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) gələn təfsirə görə: "Bu ayədə adı çəkilən möminlər - gecə namazı qılanlardırlar. Gecə namazını iqamə etmək üçün isti yataqlarından qalxarlar".
Allah Təala sonrakı ayədə buyurur: "Etdikləri işlərin mükafatı olaraq, onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!". ("Səcdə" 17).
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: "Elə bir yaxşı iş yoxdur ki, mükafatı Quranda bəyan olmamış olsun. Məgər gecə namazı ki, Allah onun əzəmətinə görə savabını açıqlamamışdır".
Bəs nə üçün bu savabı gizlidir?
1. Dəyərli və əzəmətli işlər belədir ki, həqiqətlərini sadəliklə dərk etmək olmur. Onların savabını gizlətmək də həvəsləndirmək niyyətilədir.
2. Gözün aydınlanması o qədər böyükdür ki, insan biliyi onun hamısını dərk etməkdə gücsüzdür.
3. Gecə namazı insanların gözündən uzaqda və gizli şəkildə yerinə yetirilər. Ona görə də mükafatı da gözlərdən uzaqdadır.
Məaz ibni Cəbəl nəql edir: "Bir gün Peyğəmbər (s) mənə buyurdu: "Əgər xeyir yollarını sənə nişan verməyimi istəyirsənsə, (bu yollardan biri) insanın gecənin qəlbində ayağa qalxaraq Allah rizasını qazanmaq ardınca olmasıdır". (Tebyan)
Gecə namazının dünya və axirət savabları.
Həzrət Peyğəmbərin (s) kəlamlarından belə nəticəyə gəlmək olur ki, gecə namazı:
1. Allaha yaxınlaşmaqdır.
2. Günahları aradan aparmaqdır.
3. Günahdan saxlayandır.
4. Bədən ağrısını dəf edəndir.
5. Hər kim gecə namazı qılar, siması gündüz gözəl (nurani) olar.
6. Gündəlik ruzisi zəmanət olunar.
7. Qəmi aradan aparar.
8. Gözlərə cila verər.
9. Üzü gözəlləşdirər.
10. Mükafatı behiştdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    SPARTALI · 19 Mart 19:3920

    Kski menede qismet olardi gece namazi heqiqeten hesretindeyem.

    Cavab yaz
  • Anonim
    Allah bendesi... · 19 Mart 19:4720

    Gunde 17 reket Namazimi qiliram.Allah qilinan Namazlarmizi Oxudugmuz Qurani kerimi qebul elesin.Gece Namazi qilmag bilirsin nece gozeldi.Allah her bir muselman baci qardaşmiza nesib etsin Namaz qilmagi QMİN

    Cavab yaz
    • Anonim
      19:47ye · 19 Mart 20:2502

      (QMİN) Yox AMİN

      Cavab yaz
    • Anonim
      Qalib · 19 Mart 22:2900

      Gecə Namazı deyildikdə,yəni İşa Namazını nəzərdə tuturlar da məncə?

      Cavab yaz
    • Anonim
      Qalib · 19 Mart 22:3510

      Əvvəla Allahın müsəlmanlara Fərz buyurduğu Namazları hər birini vaxtlı vaxtında qılmaq vacib əməllərdən birincisidir. Bir də ki,Sünnət Namazları var. Sübh Namazının Fərzindən əvvəl 2 rükət Namaz qılınır. Zöhr Namazının Fərzindən əvvəlində 4 sonrasında 2 rükət qılınır. Əsr Namazı 4,Məğrib Namazı Fərzb3 və sonra 2 rükət Sünnət,İşa Namazı 4 Fərz 2 Sünnət və Yatmazdan əvvəl 3 rükət Vitr Vacib Mamazı qılınır. Əgər həqiqi və doğru müsəlmansansa onda bil ki,sevgili Peyğəmbərimiz (s.ə.s)öz Namazlarını bu cür qılardı sən də ey özünə müsəlman deyən bəndə sən də bu cür qılmağa vaciblisən.

      Cavab yaz
  • Anonim
    QQ · 20 Mart 00:1900

    Siz inanirsiniz ki gece namazini o qeder seve seve qiliram ki .11-ruket qilinan bu namaz insan beyninin en temiz vaxti olan sehere yaxin ( subh namazindan qabaq ) qilindigi ucun o on bir ruketi ele asan ele urekle isteyerekden qiliram ki .Sukr olsun Allahimin boyukluyune .Yeqin o uca yaradan bu mehebbeti de ozu salir insan qelbine .

    Cavab yaz
  • Anonim
    QQ · 20 Mart 00:2300

    Spartali ,eger ureyin bu qeder isteyir bu gozel gece namazini qilmagi niye de qilmayasan .Gir YOU TUBE den oyren .orda cix gozel asan bir usulla gosterilib gece namazinin qilinma qaydasi .Gece namazi bitende Azan verilir subh namazinin vaxti yetisir .Ne mutlu ne gozel hem gece namazi hem de subh namazini qilmis olarsan .Ureyun de rahat olar

    Cavab yaz
  • Anonim
    QQ · 20 Mart 00:3200

    Qalib bey ,Gece namazi isa namazi deyil .Gece namazi on bir ruketdir .4-defe iki ruket iki ruket olmaqla niyyet edib gece namazi qilirsan .Bu oldu sekkiz ruket.Sinra niyyet edib iki ruket de Şef namazi qilirsan Bu namazlarin hec birinde salamlari demirsen Sonra yene niyhet edib bir ruketli Vitr namazi qilirsan .Vitr namazi bir ruketli oldugu ucun birinci ruketde qnutda coxlu dualar edirsen .40-momin ucun dua elemek mustehebdir.Sonra ise secdeden sonra salamlari deyib bitirirsen .Bu olur on bes ruket .Bu namazda coxlu dualar var eger bacarib bunlarin hamusini deye bilsen subh namazina qeder cekir ve sonra da subh namazini qilirsan .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.