Cəmiyyət

Allah düşmənlərinə gizli meyil fitnəsindən necə qorunmaq?

19 Mart 2017 21:20
0 Şərh     Baxış: 575

"Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən". ("Mumtəhənə" 5).
Həzrət İbrahimin (ə) Allahla etdiyi münacatda bizlər üçün bəzi öyüd və nəsihətlər mövcuddur. O cümlədən:
1. Düşmənlə mübarizə aparan zaman Allaha təvəkkül etməyin lazımlığı.
2. Allaha qayıtmaq və tövbə etmək.
3. Məadı yada salmaq.
4. Düşmənlərə meyil etmək ehtimalına görə Allahdan bağışlanma diləmək.
5. Allahdan istəmək ki, bizi düşmənlərə giriftar etməsin və onların imtahan vasitəsi etməsin.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə fitnə deyildikdə, Allah düşmənləri ilə gizli rabitə və əlaqə nəzərdə tutulur. Bu cür rabitə kafirlərin güclənməsinə və müsəlmanların məğlub olmasına səbəb olar. Müsəlmanlar belə olan halda kafirlərlə mübarizədə giriftar olar və onlar üçün imtahan vasitəsinə çevrilərlər. (Həvzəh)
Bu mübarək ayədən çıxartdığımız nəticələr:
1. İnsanın agahlığı olmalıdır ki, öz motivlərini və meyillərini tanıya bilsin.
2. Ola bilsin ki, möminlər kafirlərin imtahan vasitəsi olsun və İlahi hikmətə əsasən, fitnəyə düçar olsunlar.
3. Bağışlanmağı və fitnədən uzaq olmağı Allahdan istəmək lazımdır.
4. Hər bir çətinlikdən çıxış yolu - Allaha sığınmaqdır.
5. Allahla münacat etmək və Ona söykənməq üçün tofiqat istəmək lazımdır.
6. İlahi əsaslarla hər bir çətinliyi həll etmək olar.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.