Cəmiyyət

Lavanda - qaraciyərin dostu

16 Mart 2017 21:10
0 Şərh     Baxış: 683

Lavanda ən çox rahatlaşdırıcı təsiri ilə məşhurdur. Əsasən də yuxu problemi olanlar, yastıqlarına bir neçə damla lavanda yağı damcılatsalar, daha dərin və rahat bir yuxu əldə edə bilərlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar lavandanın qaraciyər üçün son dərəcə faydalı olduğunu göstərdi. Xüsusilə qaraciyər çatışmazlığının erkən mərhələsində müalicəedici xüsusiyyətə malikdir. Qaraciyər xəstəlikləri üçün lavanda qarışımı son dərəcə faydalı nəticələr verir. Ancaq bu qarışımı tətbiq etmədən əvvəl həkimə müraciət etmək lazımdır.
 
Xroniki Hepatit-B və Hepatit-C xəstələrinin də tətbiq etdiyi lavanda qarışımı, Hepatit-B və Hepatit-C viruslarının aktiv olmasına qarşı, qaraciyərdə maddələr mübadiləsini gücləndirir.
 
Qısa desək bu qarışım qaraciyərin immun sistemini elə gücləndirir ki, hər iki virusun çoxalmasını əhəmiyyətli dərəcədə azaldır. Lavanda qaraciyər yağlanmasına qarşı mükəmməl bir vasitədir.
 
Lavanda qarışımı kimyaterapiyasına bağlı inkişaf edən qaraciyər fermentlərinin yüksəlməsi vəziyyətində qısa zamanda nəzarət altına alınaraq normal səviyyələrinə enməsinə köməkçi olur. Ancaq bu kimi xəstəliklərin müalicəsində mütləq həkimə müraciət etmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.