Cəmiyyət

Ostexondroz, opsteoxondrozun əlamətləri, müalicəsi

16 Mart 2017 22:45
0 Şərh     Baxış: 2 091

Osteoxondroz onurğa sütununun xəstəliyidir.Osteoxondrozun əmələ gəlməsinə onurğa sütununda baş verən distrofik pozulmalar səbəb olur.Xəstəliyə istənilən digər oynaqlarda da rast gəlinir,amma,ən çox onurğa sütununda meydana gəlir.Osteoxondroz zamanı ən çox onurğaarsı disklər patologiyaya uğrayır.Xəstəliyin əlamətləri zədələnmə nahiyələrinə uyğun olaraq özünü göstərir.Belə ki,xəstəliyin əlamətləri sinirlərin qidalndırdığı nahiyəyə uyğun olaraq baş verir.Osteoxondrozun yerləşdiyi nahiyədən asılı olaraq aşağıdakı formaları var:
* boyun osteoxondrozu
* döş osteoxondrozu
* bel ostexondrozu
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəlik ortopedik xəstəliklər qrupuna aid edilir.Osteoxondrozun əmələ gəlməsində onurğanın fizioloji quruluşunda baş verən müxtəlif səbəblərdən onurğaarası diskin sıxılması və həmin nahiyəni yetərində qidalandrmaması durur.Bu ən çox müxtəlif travmalar və fiziki yüklənmələr zamanı baş verir.
Xəstəliyin kəskinləşməsində isə düzgün qidalanmamanın rolu böyükdür.Belə ki,düzgün və sağlam qidalanmama səbəbli onurqaarası qığırdaq toxuması elastilkliyini və möhkəmliyini itirir.Bu səbədən də formasını və tərkibini dəyişir ki,bu da ostexondrozun baş verməsinə səbəb olur.
Osteoxondroza ən çox orta yaşdan yuxarı adamlarda rast gəlinir.Son illərin hesablamları isə xəstəliyin daha erkən yaşlarda meydana gəldiyini qeyd edir.
Xəstəlik özünü onurğa nahiyəsində ağrılar və ağırlıq hissinin olması ilə xəstələri narahat edir.
Xəstəliyin əmələ gəlməsində yastıayaqlılığın,ağrlıq daşımanın və artıq çəkinin rolu olduğu həkimlər tərəfindən öz təsdiqini tapıb.
Osteoxondrozun əmələ gəlməsində aşağıdakıların da rolu olduğu söylənilir:
* genetik faktor
* maddələr mübadiləsinin pozulması
* normal qidalanmama
* onurğanın travmaları
* ekoloji faktorlar
* azhərəkətli həyat tərzi 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.