Cəmiyyət

Günün qoroskopu: sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq

21 Mart 2017 00:01
193 Şərh     Baxış: 9 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bu gün ulduzlar sizin rutin, adi gün yaşayacağınızı deyirlər: xırda məişət problemləri, əhəmiyyətsiz çətinliklər və bir o qədər kiçik sevinclər. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Düşünülməmiş hərəkətləriniz vəziyyəti daha da ağırlaşdıra bilər.

Buğa - sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq. Təzyiqlərə məruz qalsanız da, yolunuzdan çəkilməyin. Emosional narahatlıq müvəqqətidir. Tənha olmaq, tək qalmaq istəyi yarana bilər.

Əkizlər - hər hansı yeni layihə üzərində işə başlamazdan əvvəl bütün gərəkli, ehtiyac duyulan məlumatlarla informasiyaları topladığınıza əmin olun. Nəyisə bilməmək zəif qalmaq, zərbə altında qalmaq deməkdir.

Xərçəng - məhz bu gün kifayət qədər məlumatların olmaması ilə bağlı problemlər əvvəlki dönəmlərlə müqayisədə daha ciddi təsir bağışlayacaq. Nikbin və qətiyyətli olun. Kiçik problemlər sizi ruhdan salmasın.

Şir - pul və maliyyə ilə ehtiyatlı olun. Bədxərclik etməyin, alış-verişdə diqqətli davranın. Şəxsi münasitbətlərdə durum daha yaxşıdır. Sizə əziz olan insanları dərhal anlayırsınız. Yaxınlarınızın problemlərini həll etmək üçün qüvvənizi əsirgəməyin.

Qız - Sərt və iradəli olun. Belə davransanız, çoxdan bəri mövcud olan bəzi problemləri həll edə bilərsiniz. Köhnə umu-küsünü, hesabları xatırlayıb müzakirələrə başlamayın.

Tərəzi -  bu gün ulduzlar sizi himayə edir. Vəziyyətdən yararlanaraq işlərinizi nizama salmağa, qayda yaratmağa, çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın.

Əqrəb - ailə münasibətləri harmonik və dayanıqlıdır. Qohumlarla təmaslarınızı səmimi edin, onların məqsəd və planlarını tənqid etməyin. Evdə yır-yığış, təmir, interyerin yenilənməsi üçün sərfəli gündür.

Oxatan - adekvat insanlarla çalışın. İşdəki situasiya rəvan, əlverişlidir. İdeyalarınızı gerçəkləşdirmək üçün rəhbərlik sizi dəstəkləyə bilər. Yeni tərəfdaşlarla əməkdaşlıq başlayacaq.

Oğlaq - bu gün bir qədər çətin və mürəkkəb, amma faydalı işlə məşğul olacaqsınız. Həmin işə laqeyd, başdansovdu yanaşmayın. Sizdən başqa kimsə bu işdə uğur əldə edə bilməyəcək.

Dolça - şəxsi həyatda da uğur sizinlə olacaq. Köklü dəyişikliklər mümkündür. Axşam saatlarında bəzi münasibətlərin təhlilini aparın.

Balıqlar - mühüm və önəmli görüşlər təyin edə bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq. Sərfəli müqavilə imzalaya bilərsiniz. Ucuz qiymətə dəyərli və ya gərəkli əşyanın alınması istisna deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.