Cəmiyyət

"10 dəqiqəlik yolu 1 saata gəlmişəm" - İsmayıllıda kəndlərlə əlaqə kəsildi - VİDEO - FOTO

17 Fevral 2017 16:13
2 Şərh     Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıya gecə saatlarında yağan qarın hündürlüyü 40-50 sm-ə çatıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Avtomobillər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar.

Seyran Ağayev - sürücü: "Bakıdan gəlirəm, vəziyyət çox pisdir. Heç bir sürücüyə belə gündə yola çıxmağı arzulamıram. Şəxsən mən "Niva" ilə çətinlik çəkirəm".

Ruslan Seyidov - sürücü: "Bakıdan gəlirəm. Yollar buzdu. 10 dəqiqəlik yolu sürüşə-sürüşə 1 saata gəlib çıxmışam".

Yaranan problem səbəbindən "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollardan qarın təmizlənməsi işləri görülüb, nəqliyyatın hərəkəti qismən də olsa bərpa edilib. Lakin qar yağışının davam etməsi səbəbindən yollar yenidən qar örtüyünə bürünüb. Hazırda duz və qumun səpilməsi işləri davam etdirilir.

Rayonun Lahıc qəsəbəsi və 20-yə yaxın ucqar kəndlə rayon mərkəzini birləşdirən yollarda avtomobillərin hərəkəti dayandırılıb.

9 Saylı Yol İstismar idarəsindən verilən məlumata əsasən, kənd yollarındakı problemlər günorta saatlarına kimi aradan qaldırılacaq. Şəhərdaxili yollarda isə gecə saatlarında yaranan çətinliklər artıq aradan qaldırılıb, piyadaların və nəqliyyatın hərəkəti tam təmin edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.