Cəmiyyət

Azərbaycan kinosunun itirdiyi ŞAHİN: “Ölmək istəmirəm” - FOTO

16 Fevral 2017 23:03
46 Şərh     Baxış: 44 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, qan xərçəngdən əziyyət çəkən rejissor Şahin Zəkizadə bu gün vəfat edib.
Ş.Zəkizadə sabah Maştağada yerləşən "Seyidlər" qəbristanlığında dəfn olunacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, rejissor verdiyi müsahibələrdə anasının da xərçəng xəstəliyindən vəfat etdiyini bildirmişdi. Rejissor xəstəliyinin ağır olduğunu, ölümdən qorxmadığını, lakin həyata keçirmək istədiyi çox arzularının olduğunu da etiraf etmişdi.

"Xəstəliyimlə də mübarizə aparmağa çalışıram. Amma bilmirəm buna tam gücüm çatar, ya yox. Mən bircə Allahımdan ümidimi kəsmirəm. İnşallah ki, yaxşı olar. Düzdür, bunu deyirəm, eyni zamanda içimdə bir səs də məni qorxudur ki, sona gəlmişik! Etiraf edim ki, ölmək istəmirəm. Ona görə yox ki, ölümdən qorxuram. Ona görə ki, yaşamaq üçün səbəblərim var. Çatdıra bilmədiyim, amma həyata keçirmək istədiyim arzularım var".

Şahin Zəkizadə 3 dəfə evli olub. Onun ilk nikahından 6 yaşında bir qızı, Səbinə Babayeva ilə sonuncu nikahından isə Seyid-Əli adlı bir oğlu var.

Ş.Zəkizadə "Yüz kağız" adlı tammetrajlı filmin, "Həkimlər" serialının, "Ziyarət" sənədli filminin, eləcə də Faiq Ağayevin "Sən elə bilirdin", "Biləydin kaş", "Neyləyim" kimi mahnılarının, həmçinin Çingiz Mustafayevin "Ad günü" klipinin rejissorluğunu edib. Bundan başqa, Ş.Zəkizadə uzun illər televiziyada çalışıb.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.