Cəmiyyət

Çörəyin içində siçovul nəcisi olduğu təsdiqləndi - VİDEO - FOTO

15 Fevral 2017 19:10
13 Şərh     Baxış: 5 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə Türkiyə vətəndaşının mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə laborator müayinə üçün təqdim etdiyi nümunənin nəticələri məlum olub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, komitənin "Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı" laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb.

Çörək QOST-un 6 göstəricisindən cəmi 1-nin tələbinə cavab verib. Nəticədə Şahin Mahmudun müraciəti ilə bağlı çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə, həqiqətən də, siçovul nəcisi olduğu müəyyən edilib. Əcnəbi vətəndaşın ARB Kəpəz-ə müraciəti ilə ictimailəşən məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də açıqlama gəlib.

Fazil Talıblı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi: "Biz bu barədə şikayətçiyə cavab bildirmişik, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə həmin o marketdə satılan istehsalçısı məlum olmayan dairəvi çörəyin tərkibi ilə bağlı sınaq protokolunu əlavə etməklə nəticələri bildirməklə xahiş etmişik ki, bu çörəyin istehlak bazarında qarşısını alınması məqsədilə qanunvericiliyə uyğun olaraq tədbirlər görülsün".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çörəyin içində siçovul nəcisi olduğu təsdiqləndi - FOTO

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.