Cəmiyyət

Xəstələrin də hüquqları müdafiə olunacaq

11 Yanvar 2017 17:55
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Pasiyentlərin hüquqlarının qorunması haqqında" yeni qanun layihəsi hazırlana bilər".

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: "Pasiyentlərin hüquqlarının qorunması haqqında" qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik".

Millət vəkili əlavə edib ki, "Psixoloji yardım haqqında" qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb:

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.