Cəmiyyət

1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

1 Dekabr 2016 18:45
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi Suraxanı rayon Gənclər evində 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirib.

Milli.Az bildirir ki, ilk öncə tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb. Sonra QİÇS-lə Mübarizə Mərkəzinin bir qrup həkim heyəti könüllüləri tibbi müayinədən keçirib.

Tədbir zamanı Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Eldar Sadıqov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Səfədə Tağıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudarov Barxudar, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ziyad Nəsibov çıxış edərək cəmiyyətimizdə, ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağı tövsiyyə ediblər.

Daha sonra "Dilbərim" rəqs qrupu, müğənnilər Aynurə Əbilova, Mədinə Əsgərova, Esmira İsmayıl qızı, Mirəli Cavadov və Bayram Ağamalıyev musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.