Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır və çox zaman cərrahi müdaxilə tələb edir. Xroniki pankreatitin fəsadlarına aşağıdakılar aiddir:
- hipovolemik şok
- mədə-bağırsaq qanaxması
- sarılıq
- absaslər
- sepsis
- yalançı sistlər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xroniki pankreatit uzun müddət davam edərsə, pankreatin axacağın genişlənməsinə, qonşu orqanların dəyişikliklərinə, ümumi öd axacağının, onikibarmaq bağırsağın daralmasına, dalaq venasının trombozuna, plevraya, qarın boşluğuna maye toplanmasına səbəb olur.
Hipovolemik şok qanda vazoaktiv substansiyaların pankreatik fermentlərlə aktivləşməsi ilə bağlı olur. Şokun əlamətlərinə arterial təzyiqin kəskin enməsi, taxikardiya, dəri örtüllərini avazıması, soyuq tər, oliquriya və s. aiddir.
Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən xəstəlikləri və xroniki pankreatitin özünün fəsadları ilə bağlı olur. Bu qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və varikoz genişlənməsinə görədir. Qanaxmanın səbəbi həmçinin mədəaltı vəzin psevdosist və ya abseslərin bağırsağa deşilməsi də ola bilər.
Ümumi öd axacağının daralması stenozlaşan duodenal papilit, həmçinin mədəaltı vəzin başının ödemi və fibrozu, psevdosistin inkişafı ilə əmələ gələ bilər. Bu zaman kliniki olaraq mexaniki sarılığın inkişafı baş verir.
Xroniki pankreatitin fəsadlarından olan onikibarmaq bağırsağın daralmasına nadir hallarda rast gəlinir. Bu adətən mədəaltı vəz başının iltihabı və ödemində, psevdosistin əmələ gəldikdə, qarın boşluğunda bitişmə prosesləri olduqda baş verir. Klinik olaraq bu fəsad ağrı və dispeptik simptomla təzahür edir. Onikibarmaq bağırsaq dəliyinin mənfəzinin daralması ürəkbulanma və qusma ilə müşahidə olunur.
Mədəaltı vəzin absesləri sonradan irinli infeksiya qoşulmaqla nekroz ocaqların əmələ gəlməsi nəticəsində inkişaf edir. Fəsadlaşma bir qayda olaraq kəskinləşmə başladıqdan 2-3 həftə sonra əmələ gəlir. Klinik olaraq abses qızdırma, taxikardiya, qarında ağrıların güclənməsi, qarının ön divarının gərginləşməsi, leykositoz, hipoalbiminemiya ilə təzahür edir.
Fəsadlardan biri olan assit pankreatik axacaqların partlaması nəticəsində pankreatik şirənin kiçik piyliyə və qarın boşluğuna axması zamanı inkişaf edir. Assit zamanı xəstənin qarnında ağrılar əmələ gəlir, vəzin xarici sekretor funksiyasının pozğunluğu əlamətləri güclənir. Assit mayedə zülalların, pankreatik fermentlərin (amilaza, lipaza, tripsin) miqdarı artır.
Xroniki pankreatit və onun fəsadları zamanı pəhrizə ciddi əməl olunmalı, alkoholun istifadəsindən uzaq durmalı və müalicəyə diqqətlə əməl edilməlidir.
Milli.Az
Cəmiyyət
Xroniki pankreatitin fəsadları
1 Dekabr 2016 22:50
0 Şərh
Baxış: 5 533
DİGƏR XƏBƏRLƏR
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
- Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
- Amerikada urologiya uzmanlığını qazanan ilk azərbaycanlı - FOTOlar
- Günün qoroskopu: Normal günlərdən fərqli olaraq daha sürətlə yorulacaqsınız
- Bakıda qəribə olay: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
- TikTokerlərin həftəlik qazancı gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
- Bayram günlərində qəzaların və ölənləri sayı açıqlandı
- Maykl Ceksonun övladları üzə çıxdı - FOTOlar
- Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişdi
- Taksi minik avtomobilinə dair tələblər müəyyənləşdi - FOTO
- Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
- Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - FOTO
- 25 il əvvəl terrordan sağ çıxan bacılar "Crocus"da öldürüldü
- Bu ölkənin XİN rəhbəri istefa verdi
- Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirildi
- Fransa şəhərləri Makrona qarşı - miqrantları “təmizləmə” siyasətinə etirazlar artır
- Şakira azərbaycanlı fotoqrafa pozlar verdi - FOTOlar
- Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - 21 minə "F30", 9 minə "Camry"
- Xəyal Canıyev: “UFC kəmərini Azərbaycana gətirəcəm” - VİDEO
- Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
- "Damla ilə Səidə zövqümcə deyil" - VİDEO
- Moskvadakı tacik miqrantlar panika içində...
- Xavi jurnalisti məhkəməyə verdi
- Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
- Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?
- Azərbaycanda bank AMB-nin tələblərini pozdu
- Yığmamız "Qalatasaray"a qalib gəldi - FOTO
- Gürcüstanda kurort zonasında qar uçqunu oldu
- "Qadın pul xərclədiyi kişiyə heç vaxt hörmət etmir" - FOTOlar