Cəmiyyət

Nəfslə mübarizə aparmağın 2 əsas yolu

1 Dekabr 2016 20:30
10 Şərh     Baxış: 1 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havayi-nəfslə mübarizə aparmağın iki yolu vardır: biri şəhvəti tərk etmək və ikincisi isə müsibətdə səbir etməkdir.

İmam Sadiq (ə) öz səhabələrindən birinə belə buyurur: "Mən sizə haqlı olaraq deyirəm ki, siz meyl və şəhvəti tərk etmədən istədiyiniz şeyə ("liqaallah") çatmazsınız. Xoşagəlməz hadisələr qarşısında səbir etmədən arzu etdiyiniz şeylərə çata bilməzsiniz".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, dindar olan insanların bir çoxu günahı və şəhvəti tərk etməyə hazırdırlar, lakin müsibətlərdə səbir edə bilmirlər. Bəziləri isə müsibətlərdə səbir edirlər, lakin günahı tərk edə bilmirlər. Halbuki, bu ikisi bir yerdə olmalıdır. Çünki insan iki qanadı olarsa, uça bilər. Biri budur ki, həvəsi gələn zaman günahı tərk edə bilsin. Biri də budur ki, başına bəla gələn zaman səbir etməyi bacarsın.

İmam Hüseyn (ə) Aşuranın ağır anlarında, o zaman ki, Əli Əsğər qucağında can verirdi, onun qanını səmaya atıb buyurmuşdu:"Allahım, mən bu bəlaya səbir edərəm və razıyam. Çünki bilirəm ki, Allah görür".
Əmmarə nəfs mələkut ruhu üçün düşməndir, ancaq onun inkişaf etməsi üçün zəruridir. Çünki mübarizə olmadan, mələkut ruhu inkişaf edə bilməz. Əmmarə nəfsi mikroba bənzətmək olar. Ancaq əgər miqdarı çox olarsa, mələkut ruhu üçün zərərli olar. Lakin əgər az olarsa, mələkut ruhu ona qarşı müqavimət əldə edər.

İmam Sadiqdən (ə) soruşurlar ki, rahatlığa çatmağın yolu nədir? Həzrət (ə) buyurur: "Havayi-nəfslə müxalifətlikdədir". Soruşurlar ki, bəndə nə zaman rahatlığa çatar? Həzrət (ə) buyurur: "Behiştə daxil olduğu ilk gündən". Yəni, insan ömrünün axırına qədər nəfsi ilə mübarizə aparar.
Havayi-nəfslə mübarizə aparmaq - uzun bir yoldur. Çox sayda zəhmət istəyir. Nəfslə mübarizə stimulunu canlı saxlamaq üçün din alimləri ilə görüşmək və onlarla ünsiyyət qurmaq çox mühümdür.
Nəfslə mübarizədə ruha güclü iman və möhkəm iradə yardım edər. İnsan bu mübarizədə başa düşər ki, İlahi yardım olmadan bir yerə çıxa bilməz. Həmçinin başa düşər ki, İlahi nurun himayəsi olmadan iradəsi ona kifayət qədər yardım edə bilməz.
Allaha iman bəsləyərək, bu yolda qalib gəlmək olar. O zamana qədər ki, insan bu dünyada yaşayır, davamlı olaraq nəfsi ilə mübarizə aparır. İstər ibtidai mərhələdə olsun, istərsə də ali. Yəni, ariflərimiz və din alimlərimiz də ömürlərinin axırına qədər nəfsləri ilə mübarizə apararlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.