Bu tüfəng 1000 manata, digəri isə 3 min manatadır.
Ov silahları Azərbaycanda sosial şəbəkələrdə açıq reklamla satışdadır. Bu silahları satmaq üçün xüsusi icazə sənədi tələb olunsa da, bəzi şəxslər heç bir qurumda qeydiyyatdan keçmədən sosial şəbəkələrdə rahatlıqla silah alveri ilə məşğuldur. Facebookdakı rəylərdən kifayət qədər alıcının olduğu açıq aşkar görünür. Maraqlısı odur ki,heç kim silahın sənədləri ilə maraqlanmır. Onları maraqlandıran əsas qiymət və silahın təzə ya işlənmiş olmasıdı. Qiymətlər isə 1000 manatdan başlıyır.
Polisdən satış üçün arayışın olmaması silahların sənədlərinə nəzarəti və hər hansısa cinayətdə işlənməsini müəyyən etməyə imkan vermir. Belə olduqda isə vətəndaş özü belə bilmədən hər hansısa bir cinayətdə işlənmiş silahın cəzasını çəkə bilər.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hüquqşunas Xəyal Bəşirov isə belə silahların satışını həyata keçirən şəxslərin məsuliyyət daşıdığını deyir.
Qanunla fərdi satışına icazə olmayan silahların nəzarətsiz satılması Ovçular Birliyini də narahat edir. Birliyin sədri Füzuli Əşrəfov bu cür satışın tamamilə qanunsuz olduğunu deyir.Onun sözlərinə görə vətəndaş fərdi mülkiyyəti olan silahı satmaq istədikdə polisə müraciət edib satış üçün icazə arayışı ala və həmin arayışı hansısa ovçuluq mağasına təqdim etməklə istədiyi silahı sata bilər.
Milli.Az