Ailə xoşbəxtliyinin formulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O zaman ki, iki nəfər bir-biri ilə ailə qurur, onların toy mərasiminə gələn hər kəs təbrik edir və yaxşı arzular arzulayırlar. Çoxları deyir: "Allah sizi xoşbəxt etsin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu dua hər nə qədər gözəl və ürəyə yatımlı olsa da, ancaq bəzən yanlış qarşılanır. Xoşbəxtlik - cütlərə verilən bir hədiyyədir. Baxmayaraq ki, nikah duası oxunan zaman hər ikisinin sevgisi bir-birinin ürəyinə nüfuz edər, lakin bu sevgi xoşbəxtlik qalasına çatmağın ilk addımıdır. Xoşbəxtliyə çatmaq fikirləşdiyimiz qədər asan və hamar deyildir.
Ərlə arvad evlilik müqaviləsi bağlayan zaman bilməlidir ki, hansı yola qədəm basıblar. Kiçik yaşlarından insan bilməlidir ki, xoşbəxtlik elə də asan bir yol deyildir. Hər bir dəyərli şeyə çatmaq üçün onun qiymətini ödəmək lazımdır. Əgər övladlarımıza hələ kiçik yaşlarından öyrətsək ki, bir şeyə malik olmaq istəyirsə gərək səy etsin, ailə quran zaman həyat yoldaşı ilə həyatın bütün çətinliklərində şərik olar.
Bir insanın xoşbəxt olması onun çətinliklə necə üz-üzə olub mübarizə aparacağından asılıdır. Rəhmətlik İmam (r) nə zaman nikah duasını oxuyardı, həmin cütlərə deyərdi: "Bir-birinizlə yol gedin".
Bu cümlənin mənası dərindir. Ondan iki məna çıxartmaq olar. Bir-birinin yaxşı və pis cəhətləri ilə barışmaq və qəbul etmək və ya bir yerdə evlilik binasını inşa etmək.
Bu mənaların hər ikisi də asan deyildir. Əgər ər-arvad xoşbəxt olmaq istəyirlərsə, bir memar kimi gecə və gündüz çətinliklərə dözərlər. Bir-birinin kərpici olub, yuxarı qalxarlar və nəhayət gözəl bir imarətə çatarlar. İnşa zamanı ola bilsin ki. səhvlərə də yol versinlər. Lakin onların heç biri o birisi üçün maneə olmamalıdır. Gərək hər ikisi Allaha təvəkkül edərək, hər bir çətinliyə bir yerdə həll yolu tapsınlar. Hətta bəzən lazım olur ki, bu binanın planını dəyişdirsinlər. Ancaq mühüm olan odur ki, bu yolda birlikdə olub, bir yerdə rahatlığa çatsınlar.
"Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər "Allahın köməyi və yardımı nə vaxt yetişəcək?" deyirdilər. (Dedik:) "Bilin, Allahın köməyi həqiqətən yaxındır"". ("Bəqərə" 214).
Biz də bir müsəlman kimi bu qaydadan istisna deyilik. Səadətə çatmaq istəyiriksə, gərək çətinliklərə səbir edib dözək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
XƏBƏR LENTİ
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi





