20 dəqiqədə bitən ömür: 18 yaşlı Lamiyəni ölümə aparan GÖRÜNTÜLƏR - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Lamiyə Hüseynovanın 19 yaşı tamam olur, amma o, bir ay əvvəl - martın 21-də vəfat edib. Milli.Az lent.az-a istinadən bildirir ki, ölüm faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Lakin ailəsi Lamiyənin intihar etdiyinə inanmır və qızın onu sevən iki oğlanın qurbanı olduğunu iddia edir.
18 yaşlı Lamiyə Hüseynova bacısı Nuranə ilə birlikdə "Mega City Abşeron" ticarət mərkəzində işləyib. Anası Yeganə xanım bildirir ki, qızı iki oğlanın sevgi mübahisəsinin qurbanı olub: "Lamiyənin işlədiyi mağazanın bir tərəfində Xəyyam, digər tərəfində isə Raminin dostu işləyirdi. Ramin bütün günü orda olarmış. Lamiyə hər şeyini mənimlə bölüşürdü və ona demişdim ki, Ramindənsə, Xəyyamla münasibət saxlasın".
Lamiyənin atası Nemət Hüseynov hadisənin baş verdiyi ərazidəki mağazalardan hadisə günü çəkilmiş görüntüləri əldə edib. Görüntüləri təqdim edən N.Hüseynov iddia edir ki, Lamiyənin ölümü intihar deyil: "Görüntülərdən görünür ki, hər iki şəxs Lamiyənin işlədiyi yerin qarşısına gəlməzdən əvvəl Xəyyamın maşınında görüşüb bir neçə dəqiqə maşında nə isə danışır. Daha sonra onlar ticarət mərkəzinə doğru maşınla gedirlər və burada zəng edərək Lamiyəni çağırırlar. Lamiyə Xəyyamın maşınına gələndə Ramin də kənardan manevr edərək ora doğru gəlir və maşına minir. Burada onların üçü nə isə söhbət edir. Daha sonra isə Lamiyə maşından düşüb, hadisənin baş verəcəyi binaya tərəf gedir. Sonra Ramin piyada, Xəyyam isə avtomobillə həmin yerə tərəf gedir. 2 dəqiqə sonra Xəyyam böyük qızım Nuranəyə zəng edib ki, bacın özünü atır, tez gəl. Nuranə ora gedəndə Xəyyamı da, Ramini də orda görüb. Hər iki şəxsi gecə 4 saat polisdə saxlayıblar. Amma sonra buraxıblar. Bu işi dəqiq araşdırmaq lazımdır. Bütün görüntülər də var. Hadisədən sonra Lamiyənin də, oğlanların da telefonlarındakı bütün yazışmalar silinib. Amma onların hamısını kökündən çıxarmaq mümkündür. Yenə deyirəm istintaq istəsə, bu məsələni tam obyektiv araşdıra bilər. Mənim qızımın fotolarına baxın, həmin gün çəkilmiş şəkli var. İntihar etmək istəyən insan bu sifətdə, bu qədər pozitiv ola bilərmi?"
N.Hüseynov müşahidə kameralarından çıxarılmış bəzi görüntüləri lent.az-a təqdim edib. Həmin görüntüləri təqdim edirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
-
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
-
REDMI Note 17 Series: uzunömürlülükdə yeni standart - (Foto)
-
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
-
8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - ADY
XƏBƏR LENTİ
-
Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi, həbs edildi - (Video)
-
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
"Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
-
Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)
-
Sabah iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
-
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
-
REDMI Note 17 Series: uzunömürlülükdə yeni standart - (Foto)
-
Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)
-
Azərbaycanda qızıl qaçaqmalçılığı ilə bağlı 5 nəfərə hökm oxundu
-
Rus ordusu Donetskdə iki kəndi işğal etdi
-
Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"
-
Renat Dadaşov Ukrayna klubuna keçdi
-
Acun Ilıcalı gənc qalma sirrini açıqladı
-
Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
-
Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı
-
Günəşdə güclü partlayış baş verib
-
Bakıda bu yolda hərəkətin təşkili dəyişir - (Video)
-
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
-
8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - ADY
-
Sabah yağış yağacaq - Proqnoz
-
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib





