“Qarabağ xalçaları” təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə Xocavənddən olan məcburi köçkünlər üçün Beyləqanda salınmış qəsəbədə təşkil edilən xalçalıq kursları uğurlu nəticələrini göstərir, Qarabağ xalçaçılıq məktəbi ənənələri gənc nəslə aşılanır. Layihə çərçivəsində hər birində 30 və 40 iştirakçı olmaqla, xalçaçılıq və tikiş kursları təşkil olunub. Kurslara cəlb edilən xocavəndli qızlar 6 ay ərzində xalça toxumağın sirlərinə yiyələniblər.
AZƏRTAC xəbər verir ki, Xocavənd qəsəbəsində "Qarabağ xalçaları" layihəsinin təqdimatı keçirilib. Mərasimdə iştirak etmək üçün Xocavənd qəsəbəsinə gələn HASEN-in baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və törədilən qanlı cinayətlər barədə məlumat verib. Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı layihənin əhəmiyyətini qeyd edib. Bildirib ki, ermənilər təkcə qədim Azərbaycan torpağı olan Qarabağı işğal etməyiblər. Eyni zamanda, mədəniyyətimizi, mətbəximizi, musiqimizi və xalçalarımızı da mənimsəyərək, öz adlarına çıxırlar. Erməni işğalçıları xalqımıza məxsus xalça çeşnilərini toxuyaraq xarici ölkələrdə satışını təşkil edir, erməni xalçaları kimi təqdim edirlər. Odur ki, bu istiqamətdə addımlar atılmalı, Qarabağ xalçalarının Azərbaycan xalqına məxsus olduğu dünyaya çatdırılmalıdır.
Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində satışı təşkil ediləcək, beləliklə də, eyni zamanda, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq.
Sonra xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə "Qarabağ xalçaları" layihəsinin təqdimatı olub. Qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olublar. Bayramsayağı bəzədilmiş meydanda, həmçinin xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Məcburi köçkün uşaqların ifa etdikləri müxtəlif kompozisiyalar və musiqi nömrələri marağa səbəb olub.
Qonaqlara qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
XƏBƏR LENTİ
-
“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ
-
Bir neçə dəqiqəyə şəhər "YOX OLDU" - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
-
Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı
-
Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
“Apple”dan şok qərar: Milyonlarla iPhone...
-
Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
-
“Qarabağ”ın loqosu Braziliya küçəsində - FOTO
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO





