Cəmiyyət

Azərbaycanda ilk dəfə Buktreyler Festivalı - FOTO

24 Fevral 2016 18:33
1 Şərh     Baxış: 792

AGAT nəzdində fəaliyyət göstərən Trames Kitab Klubunda Buktreyler Festivalının təqdimatı keçirilib.
 
Milli.Az bildirir ki, AGAT Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü dəstəkləyir. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yeni fəaliyyətə başlayan Trames Kitab Klubu hər həftə üzvlərin görüşün keçirdir. Bu həftə Kitab Klubunun üzvləri üçün həftənin mövzusundan əlavə, Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalının təqdimatı keçirilmiş və festival çərçivəsində çəkəcəkləri buktreylerlərin müzakirəsini etdilər. Tramesçilər bu təşəbbüsü dəstəkləyir və düşünürlər ki, Festivalda iştirak etməklə onlar oxuduqları kitablarla digər oxucularda maraq yaratmaq imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.
 
Hal-hazırda Festivalda iştirak etmək üçün buktreylerlərin qəbulu davam edir. İştirak şərtləri ilə Festivalın saytında www.booktrailer.az yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    iza · 24 Fevral 2016 19:0900

    Evveller ozum de oxudugum kitabin mezmunu haqqinda danisardim.Ancaq "Cerpeleng ucuran"eserini oxuduqdan sonra bu verdisimi tergitdim.Eserin qehremani olan Amerikaya kocmus efqan ,ondan filmin diskini almaq isteyen amerikaliya film haqqinda melumat verib terifleyir.Amerikali ona nifretle baxib, hec ne almadan gedir.Sonralar efqan oyrenir ki, amerikalilar baxmadiqlari filmin sujetini danisanlari sevmirler.Men de filmini gorduyum, haqqinda melumatim olan kitabli hec vaxt oxumuram.Amma butun bunlara baxmayaraq, men de kitab tebligati ucun boyuk ehemiyyeti olan bu teseddusu alqislayiram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.