Cəmiyyət

"Tələbə Oskarı" öz sahibini tapdı - FOTO

22 Fevral 2016 18:03
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ASAN Könüllüləri" təşkilatı tərəfindən və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Tələbə Oskarı: Tələbələrarası qısametrajlı film festivalı" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində final mərhələsinə vəsiqə qazanmış 5 film nümayiş etdirilib.

Tədbirdə "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı, "ASAN School" təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev və gənc rejissor Abbas Səlimbəyov münsif qismində iştirak ediblər.

Filmlər münsiflər heyəti tərəfindən "çəkiliş", "sosial mesaj/süjet xətti" və "kreativ yanaşma" kriteriyaları üzrə qiymətləndirilib.

Münsiflərin qiymətəndirməsindən sonra ən çox səs toplamış "Arzuların ardnca" adlı film qalib elan olunub. Filmin müəllifi Orxan Babayev "Tələbə Oskarı"na layiq görülüb.

ASAN Könüllüsü İbrahim Osmanovun ideya müəllifi olduğu bu layihə "Azərbaycan kinosu 2008-2018-ci illərdə" Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.

Qalib film: https://www.youtube.com/watch?v=AAWnx8QITRE

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.