Cəmiyyət

Azərbaycanda ilk Buktreyler Festivalı keçiriləcək

10 Fevral 2016 17:13
Baxış: 766

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

Festivalın təsisçisi və direktoru: Ruslan SABİRLİ (kinoaktyor)

"Buktreyler Festivalının mütəmadi olaraq ildə bir dəfə olmaqla hər il keçirilməsi nəzərdə tutulur. Festivala təqdim olunan filmlər internet və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Filmlər Təşkilat komitəsi tərəfindən baxılaraq qısa siyahıyı seçiləcəkdir və Festival günü geniş ekranda nümayiş ediləcəkdir.

Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyən olunacaqdır. Münsiflər Heyətinin tərkibinə Festivalın məzmununa uyğun sahələrdənьfuzlu peşəkarlar daxil olacaqdır, hələlik onların adları Festivalın obyektivliyi səbəbindən açıqlanmır".

Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;

  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;

  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;

  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Festivalda kinoya və kitaba marağı olan hər bir kəs qoşula bilər:

Veb sayt: www.booktrailer.az

Facebook səhifəmiz: www.facebook.com/BooktrailerFest

İşlərin son qəbul tarixi: 15 Mart, 2016

Festivalda iştirak şərtləri və buktreylərə olan tələblərlə bu linkdən tanış olmaq olar:

https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217

Yaranmış bütün suallarla bağlı aşağıdakı email vasitəsilə müraciət etmək mümkündür:

Email: festival2016@booktrailer.az

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.