Cəmiyyət

Azərbaycanda ilk LGBT jurnalı

17 Yanvar 2016 21:48
3 Şərh     Baxış: 1 233

Azərbaycanda ilk LGBT (Lezbian, Gey, Biseksual, Transseksual) jurnalı olan "Minority" fəaliyyətə başlayıb. Jurnal hələ ki, onlayn formada fəaliyyət göstərir.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, jurnalın redaktoru Səməd İsmayılzadənin sözlərinə görə, Azərbaycanda ilk LGBT jurnalının fəaliyyətə başlaması çoxları üçün gözlənilməz olub:

"Birinin bu haqda düşünməsi çox da gözlənilən deyildi. Çünki ölkədə və cəmiyyət arasında bu mövzuya birmənalı yanaşılmamaqla bərabər insanlar bunu uca səslə danışmağa belə cürət etmirlər. Əminəm ki, bu jurnalı əgər mən hazırlamasaydım, çox yaxın bir zaman kəsiyində kimsə edəcəkdi. Ümumilikdə, jurnalın başdan-ayağa LGBT mövzusuna həsr olunması və məhz Azərbaycan dilində olması həm maraqlı, həm də ilkdir. Cəmiyyətdə bu sahədə bir boşluq var və onun intellektual, kreativ və sülhpərvər informasiya ilə dolması mütləqdir. Lakin asan olacağını desəm, qeyri- adekvat səslənər".

S. İsmayılzadə bildirir ki, o və jurnalın yaradıcı heyəti əllərindən gələni edəcək ki, insanlar LGBT fərdlərinə alternativ yanaşma və tanıma şanslarından yararlansınlar.

LGTB ölkədə hüquq və azadlıqlarının zaman-zaman pozulmasından, onlara cəmiyyətin dözümlü yanaşmamasından şikayətlənir.
Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Legenda · 17 Yanvar 2016 21:5300

    Allah bu qədər günahlara görə başımıza daş yağdırmırsa, şükür etməliyik.

    Cavab yaz
  • Anonim
    LALE · 17 Yanvar 2016 21:5800

    Bir bu catismirdi.Gozumuz aydin.Dunya ne hayda, biz ne hayda. Bize lazimdimi bu haqda bilmek.Basqa maariflendirici bir jurnal olmazdimi? Her kes oxusun. Cox teessuf hissi kecirdim oxuyanda.Neyse...

    Cavab yaz
  • Anonim
    Tenqidci · 17 Yanvar 2016 22:3700

    sadece biabirciliq.......men bunu oxudum dehwete geldim....hec bize yarawmayan bir weydir....ALLAH biza rehm etsin....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.