Cəmiyyət

Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun

1 Yanvar 2016 22:05
27 Şərh     Baxış: 18 849

Azərbaycanda birinci sinifə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib.

Milli.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində nəzərdə tutulur.

Onun sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir: "Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər".

Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib.

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    sade · 1 Yanvar 2016 22:3521

    hazirlig oqeder bahadirki her ailenin gucu çatmir ovladin qoymaga.yanimizdaki mektebler hamisinda 41manatdi.yene bizim yanimizdaki heftede 4gundu.şeherde ele mekteb varki heftede 1defesi 40manatdi.Vallah bizim öz dövrumuzde mektebeqeder hazirlig yoxidi.indi çox valideyin birbirinin behsine bahali kurslara gönderirler guyaki ferqi var?oxuyan evdede oxuyar

    Cavab yaz
    • Anonim
      Kina · 1 Yanvar 2016 22:4710

      40 yox e 100 .uşaq bir az gedir sonra müəllimə deyir ki ,uşağın cox geri qalır.əlavə hazırlıq .100.

      Cavab yaz
    • Anonim
      Kina · 1 Yanvar 2016 22:4810

      ƏLAVƏ 100

      Cavab yaz
  • Anonim
    Ay★xan · 1 Yanvar 2016 23:0210

    Kurslar çox bahadı,, çox, çox, çox

    Cavab yaz
  • Anonim
    kama · 1 Yanvar 2016 23:0700

    Menim de oglum gedir hazirliga hefdenin 4 gunu 41 manat

    Cavab yaz
  • Anonim
    ll · 1 Yanvar 2016 23:1000

    Heftede 3 defe 60 m idi indi her şey bahalaşib

    Cavab yaz
  • Anonim
    Fərhad Cəfərov · 1 Yanvar 2016 23:5200

    Mən bir evdən iki uşaq yolluyuram həftədə 4-dəfəaya 80-azn. Düzdü pis deyil ancaq biraz pulu odəçək çətindir evdə əlavə iki uşaqda var balacam

    Cavab yaz
  • Anonim
    ayten · 2 Yanvar 2016 00:1200

    Bizde aya 20 mn hefdede 3 defe. Mence munasibdi

    Cavab yaz
  • Anonim
    S · 2 Yanvar 2016 01:0610

    Evveller mektebden qabaq hazirliq var idi? Eger usaq oyrenib yazmagi oxumagi mektebe daha niye gedir.eger her weyi men oyredecemse,axiracan ozum oyredimde onda.

    Cavab yaz
  • Anonim
    Nigar · 2 Yanvar 2016 01:4420

    Şəxsən mən uşağımı bağçaya apara bilmirəm.Çünki bağçanın aylığı 60 manatdır.Mən verə bilmirəm.Sizcə nə etməliyəm?

    Cavab yaz
    • Anonim
      Düz söz · 2 Yanvar 2016 08:0320

      Siz nə danışırsız?baxça 5 manat ayda bizim yanımızda

      Cavab yaz
      • Anonim
        Nurayi · 11 Mart 15:0200

        Harda yasayirsiz siz biz yasamalda oluruq burda 60manatdi ayi 200 300mantda pul isteyiler

        Cavab yaz
    • Anonim
      Asif · 3 Oktyabr 2018 10:2520

      Bir manatda vermeyin baxcaya hec bir qanun yoxdur ki baxca pulludur.

      Cavab yaz
  • Anonim
    Haqq · 2 Yanvar 2016 10:5690

    Məktəbə hazırlıq ləğv olunmalı . imkan verin körpələr öz uşağlığnı yaşasınlar. ,ay böyüklər hara tələsirsiniz. Uşaqlar 1-ci sinifə daxil olana qədər əvvəllər olduğu kimi dövlət proqramı və hesabına oxumalıdırlar. Məktəbi bazara çevirməkdən qurtarın . Bu yaxşı heçnə vəd etmir..

    Cavab yaz
    • Anonim
      Vetendaw · 19 Sentyabr 2018 22:0900

      Hazirliq o demek deyilki uwaq oxumaga gedir.bu hazirliq adindanda gorunduyu kimi mektebeqeder hazirliqdi.yeni umumi anlayiwlar ve uwagin mektebe hazirlanmasi formalawmasina komek edir

      Cavab yaz
  • Anonim
    yeraz · 2 Yanvar 2016 20:3720

    Mənim uşağım bu aydan məktəb hazırlığına getməlidi,bu xəbəri görəndə elə başa düşdüm yazıblar hazırlıq pulu ləğv olunub ,hər ay 40 manat çoxdur heç olmasa 20 eləsinlər

    Cavab yaz
    • Anonim
      Vetendaw · 19 Sentyabr 2018 22:0710

      Havayidi.dovlet o pedaqoqa maaw verirki uwaqlari mektebe hazirlasin.aldanmayin

      Cavab yaz
  • Anonim
    Ayan · 4 Yanvar 2016 01:5010

    Mekteblerde hazirliq dersleri kecirilire 41 manata ayi niye goresen butun mekteblere aid deyil.bizim yanimizda bir mektebde var digerinde yoxdu

    Cavab yaz
    • Anonim
      müəllimə · 6 Yanvar 2016 19:4130

      Mən indiyədək hər şənbə günü 5 yaşlılarla pulsuz hazırlıq keçirəm.Axı indiki qanunda puldan danışılmır. Əgər elə isə valideyn pulu haraya verməlidir.1 uşaq üçün nə qədər ödənilməlidir. Müəllimə bunun bir xeyri varmı? Biz öz işimizin xatirinə hazırlıq edirik. İmkansız ailələr var. Onlar necə olacaq. (Gəncə)

      Cavab yaz
  • Anonim
    Müəllim · 12 Yanvar 2016 08:4830

    32 illik stajım məni yazmağa vadar etdi. .Elə uşaq var ki onun məktəbə marağı 4 yaşından .olur.Bu cür uşağa rasrt gəlmişəm.4yaşında onminlikləri mərtəbələrə ayırıb ədədləri oxuyub.. 15 yaşında tibb univrsitetinin tələbəsi oldu. Amma hər dəftər-kitaba əl atanı bu sıraya daxil etmək olmaz.Əlbəttə uşaq uşaqlığını yaşamalıdır..Valideynlər çatmadıqlqrı arzularını övladları sayəsində gerçəkləşdirmək istəyirlər..Gəlin ğörək uşaq bu yükə hazırdırmı? Qoyun qeyri-adi isedada malik uşaqları mütəxəsislər seçsin..Sonra gec olar..Əgər ciddi maraq yoxdursa qətiyyən uşağı ağlada-ağlada partada oturtmayın..Mən bunu işlədiyim məktəbdə gorürəm.Özü də valideyn məcbur edir...

    Cavab yaz
    • Anonim
      Vetendaw · 19 Sentyabr 2018 22:0510

      Menim uwagima heftede 4gun 2saat olmaqla mektebeqeder hazirliq kursu kecibler.dovlet hesabina.mekteb ders vesaitinide vermiwdi.sumqayit seher Taqiyev qesebesi 6sayli orta mektebde.bakida 40 manatdan ayda pul yigiblar?

      Cavab yaz
  • Anonim
    röya · 20 Fevral 2018 21:0010

    Məktəbə hazırlıq müəllumləsinə maaş nə qeder verilir Əzziyətin çoxunu məktəbə hazırlıq müəllumləsi çəkir onu nəzərə almırlar

    Cavab yaz
  • Anonim
    röya · 20 Fevral 2018 21:0400

    Mən məktəbə hazırlıq dərsi keçirəm ancaq sinif nəzərfə tutulmur

    Cavab yaz
  • Anonim
    Welale · 31 May 2018 11:5500

    Hocetova welale

    Cavab yaz
  • Anonim
    Ayten · 21 Avqust 2018 13:5400

    Bu gun bize baxcada deyibleri baxca 5 yasina kimidi . Sentyabirin 1 den usaqlar baxcaya getirmeyin. Onla mektebe hazirliqa gedecekler . Baxcada mentebe hazirliq kecirilmir. Teze qanun cixib. Bu ne derecde dogrudu . Xahis edirem cavablandirasiz.

    Cavab yaz
  • Anonim
    Vetendaw · 19 Sentyabr 2018 22:0010

    Ne pul siz ne daniwirsiz.Men sumqayitda yawayiram.qizim 6sayli mektebde mektebeqeder hazirliga gedib indide 1ci sinife getdi.heftede 4defe.hazirliq ucun 1qepikde pul odememiwik.4 qrup olub heresindede en azi 25 30 uwaq.heckimdende pul istemeyibler.dozvlet temin eleyib.ozune nece lazimdi uwaqlara ders kecilib.

    Cavab yaz
    • Anonim
      Fds · 3 Oktyabr 2018 07:3600

      Pulsuzdu dūzdū.Amma kitablar pulludu 20 manat

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.