Cəmiyyət

Boş qalan plan yerlərə müsabiqənin nəticələri açıqlandı

20 Avqust 2015 16:23
24 Şərh     Baxış: 4 894

 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri elan olunub.

APA-nın məlumatına görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16808 abituriyent ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 572 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5969 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 21-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. 

Milli.Az

loading...

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Sirli Melek · 20 Avqust 2015 16:3100

    telebe olanlari tebrik edirem. bu il Odlar Yurdu Universitetinə qəbul olub???

    Cavab yaz
  • Anonim
    sevinc · 20 Avqust 2015 17:4700

    men Lənkeran tibb kolleci müalice işine qebul olmuşam pulsuz bütün telebelere ugurlar

    Cavab yaz
    • Anonim
      Zehra · 20 Avqust 2016 22:4700

      Salam nece balnnan?

      Cavab yaz
  • Anonim
    . · 20 Avqust 2015 17:5400

    men47bal toplamisdim qebul olmadim

    Cavab yaz
  • Anonim
    . · 20 Avqust 2015 17:5400

    qebul olanlara ugurlar

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 20 Avqust 2015 18:1200

    Qəbul imtahanları, uzun müddətli şou olub. Məsələ siyasi xarakter daşıyır. Təhsilə maraq məhv edilir, abutrentlərin və valideyinlərin psixolgiyasın korlayır, xəstələndirirlər, Bakı şəhərində sıxlıq, avto tıxac, müxtəlif ... Kompüterdə imtahan verən dərhal cavabın - balın bilməlidir! Burada isə test adı ilə nə qədər xərclər çəkilir, təkrar-təkrar sınaqlar, hamısın açıqlasaq, sovet dövrünə şükür deməliyik. Xarici ölkələr bizim atestatlarla, imtahansız istədiyin ali məktəbə, ixticasa qəbul edirlər. Bizdə isə gülünc ŞOU bütün yay ayları davam edir, özü də həddən artıq ğülünc vəziyyət, bilik səviyyəsi xronoloji ardıcıllıqla aşağı düşür. Hətta test sualları sadələşdirilir, ancaq xeyri yoxdur. SOS! SOS! SOS!

    Cavab yaz
    • Anonim
      Roya · 18 Sentyabr 2018 00:4800

      Nehayet kimse.duz soz danwdi

      Cavab yaz
  • Anonim
    Vətəndaş · 20 Avqust 2015 18:1900

    "Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək." --- Xox gəlirlər!? Oxumuram əl çəkin! Burda da pullu, xaricdə də pullu, ЗА ТО НОРМАЛЬНОЕ ЗНАНИЕ, без дополнительных взяток в период учебы. SOS....

    Cavab yaz
    • Anonim
      Rrrr · 20 Avqust 2015 20:4200

      KiIMSIZSE BILMIREM AMMA RUHUNUZ BEYNINIZ XESTEDIR

      Cavab yaz
      • Anonim
        Alim · 20 Avqust 2015 22:1700

        Xəstə Sizin nəslinizdir! Nəyi düz yazmamışam, düzəliş ver, ol ədalətli tənqidçi, desinlər bərəkallah. Şəxsiyyəti təhqir etməklə özünüzə yaltaq donu geydiniz. Ar olsun Sizin kimilərə, ...

        Cavab yaz
  • Anonim
    sevinc · 20 Avqust 2015 18:5300

    milli az niye menim reyimi vermirsiz?

    Cavab yaz
  • Anonim
    sevinc · 20 Avqust 2015 21:0800

    men 75 bal topladim

    Cavab yaz
  • Anonim
    feride · 20 Avqust 2015 21:2400

    zehmet olmasa deyinde cavablari hardan oyrendiz,internetden is nomresini yaziram durmadan sehvdi deyir,cox vacibdi

    Cavab yaz
    • Anonim
      anonim · 20 Avqust 2015 22:4100

      Xais edirem bilenler yazsin yene bos qalan yerlere qebul aparilacaq goresen.11illik orta tehsil bazasina.23bal toplamisdim kesildim

      Cavab yaz
    • Anonim
      anonim · 20 Avqust 2015 22:4300

      7727 ye is nomrenizi yazin gonderin Nece bal yigmisiniz?

      Cavab yaz
    • Anonim
      anonim · 20 Avqust 2015 22:4400

      Sevinc xanim siz 75balla hara dusmusuz?

      Cavab yaz
      • Anonim
        sevinc anonim · 21 Avqust 2015 08:2900

        MƏN lƏNKƏRAN TİBB KOLLECİ MÜALİCƏ İŞİNE DÜŞMÜŞEM !HƏR FƏNDƏN 8 DƏNƏ DOGRU CAVAB OLMALİDİ Kİ İXTSS SEÇESEN !AVQUSTUN 24 DƏN 28 NƏ QƏDƏR BOŞ QALAN YERLERE QEBUL BAŞLİYACAQ TQDK NİN SAYTİNA GİRİB BAXA BİLERSİZ

        Cavab yaz
  • Anonim
    sevinc · 20 Avqust 2015 22:4800

    Tqdk boş plan yerleri yazilib ora bas orda link olmalidi aşaqida ona bas orda gelir

    Cavab yaz
  • Anonim
    Sumqayıtlı · 21 Avqust 2015 09:0000

    Salam Sevinc xanım.Əvvala sizi təbrik edirəm. Lənkəran bizim cənab talış zonamızdı.mən o zonada böyüyüb boya başa çatmışam. GÜMAN EDİRƏM SİZİNDƏ XOŞUNUZA GƏLƏR.HƏYATDA ALLAH BUNDANDA SIZI YÜKSƏKLİKLIEƏ UCALTSIN. MƏNİMDƏ OĞLUM 38-BALNAN YAZMIŞDI AMMA QƏBUL OLUNMADI VƏ BİZ ÇOX PİS OLMUŞUQ. GÖRƏN DOĞRUDURMU BOŞ QALAN YERLƏRƏ YENƏ İXTİSAS SEÇİMİ OLACAQ.DƏQİQ YAZINDA.NECƏ GİRİM SAYTA.ÇOÖX XAHIŞ EDIRƏM. ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRLƏR.SUMQAYITLI ANA.

    Cavab yaz
    • Anonim
      sevincden sumqayitliya · 21 Avqust 2015 09:2400

      Salam çox sag ol övladlarinizdan görersiz İşallah !Taliş zonasi çox gözel yerdi!Boş qalan yer 700 dene idi ondan 572 si qebul olunub artiq ve qalan boş qalan yerlere qebul yeiden başlayacaq 24 den 28 avqusta qeder davam edecek bunu müellimim deyib mene internetde axtarmamişam

      Cavab yaz
  • Anonim
    resad · 7 Sentyabr 2017 11:2500

    telebe adini qazananlar ugurlar kecen il bu vaxti menimde vaxtm burda kecb

    Cavab yaz
  • Anonim
    Zeyno · 10 Avqust 2018 15:3100

    Salam 9 illik bow qalan yerler de ballar ne geder enecey

    Cavab yaz
  • Anonim
    arzu · 21 Avqust 2018 19:3500

    Salam men.5ci qurupla qabiliyyetle vermwem kollece indi neticelrr.cxp ve blmrem hansi sayitdan baxabilerem zehmet oolmasa blen varsa yazsn

    Cavab yaz
  • Anonim
    Ferid · 24 Avqust 2018 17:5000

    9-sinifden kollece imtahan verdim 39-ball topladim bos qalan yerller duse billerem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.