Cəmiyyət

Övladı I sinfə gedəcək valideynlərə şad xəbər

3 Avqust 2015 13:46
2 Şərh     Baxış: 3 751

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün təşkil edilən müsahibənin müddətini uzadıb.

İdarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün aparılan qeydiyyat iyulun 31-dən yekunlaşıb. Qeydiyyatdan keçən uşaqların I sinfə qəbulu üçün müsahibələrin bu gün ərzində yekunlaşması nəzərdə tutulsa da, müraciət edənlərin çoxluğu səbəbindən bu müddət bir gün uzadılıb. Belə uşaqlar üçün müsahinə avqustun 4-ü saat 17:00-dək davam edəcək.

A.Tairquliyeva deyib ki, indiyədək müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab alıb. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmayıb.

Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    nur · 3 Avqust 2015 18:3100

    pul verib sertifikar alanida olur.

    Cavab yaz
  • Anonim
    Nezrin · 3 Avqust 2015 21:5900

    )))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.