"Nağıllardakı gözəl tələbəlik xatirələri bizdə yoxdur" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Acılı-şirinli bu həyat insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üzərində necə durmağı öyrədən bir mərhələdir. Tələbəlikdən söz açanda ağlımıza öncə onların yaşadıqları kirayə ev və ya yataqxana gəlir.Tələbəlik insan ömrünün ən yaddaqalan, tez-tez xatırlanan bir dövrüdür
Hazırda tələbə yataqxanalarının əksəriyyətində məcburi köçkünlər məskunlaşdığı üçün 2-3 tələbə birləşərək kirayə evdə qalırlar. Biz də kirayədə qalan tələbələrdən birinin qonağı olaraq onların gözü ilə tələbə həyatına baxdıq. Bakı məhəllələrinin birində iki mərtəbəli kiçik bir otaqda qalan tələbələrin qapısını döydük. Qapını üzümüzə gülərüzlə açan iki tələbə qıza gəlişimizin məqsədini deyib içəri keçdik.
Kiçik dağınıq otaq, cırıq aboylar öncə adamın üzərinə gəlsə də, bir müddətdən sonra öyrəşirsən.
İlk olaraq bizimlə söhbətə Azərbaycan Pedoqoji İnstitutunun psixologiya fakültəsinin tələbəsi Dinara Quliyeva başlayır. Onun otaq yoldaşı Xəzər Universitetinin 4-cü kurs tələbəsi Aygün Ağayeva isə tələbəyə xas çay süfrəsi hazırlayırdı. D.Quliyeva tələbəçilik həyatının romanlarda, kitablarda daha gözəl təsvir edildiyini deyir:
"Mən Balakən rayonunun Qaravəli kəndindənəm. 1-ci kursda oxuyuram. İlk əvvəl Bakıda ali məktəbə qəbul olunduğumu eşidəndə həm sevindim, həm də qorxdum. Sevindim, çünki tələbəçiliklə bağlı gözəl xəyallarım vardı. Amma eyni zamanda da böyük şəhər məni qorxudurdu. Bizim kənddə insanlar daha mehriban, gülərüzdü. Amma mən Bakıdakı insanların üzündə gülüş görmədim. Burada çox az adam gülür. Sanki hər kəs dərdlidir və harasa tələsir. Abituriyent olduğum vaxtlarda düşünürdüm ki, tələbəlik həyatı daha gözəl və rahat olacaq. Özüm öz ayaqlarımın üzərində dayana biləcəyəm. Amma heç nə düşündüyüm kimi olmadı. Dərslərə gəlincə, var gücümlə çalışmalıyam ki, imtahanlarda kəsilməyim. Əgər kəsilsəm mənim kredit ödəyəcək pulum olmayacaq. Ona görə də var gücümlə oxuyuram. Müəllimlərin insafını isə imtahanlarda görəcəm".
Dinara tələbə təqaüdü alacaq deyə çox sevindiyini desə də, bu vaxta qədər təqaüd almaq üçün kartlarının verilməməsinin həm də onu narahat etdiyini bildirdi: "Bizə deyiblər ki, sizə 50 manat təqaüd yazılacaq. Amma 48 manatını ala biləcəksiz. Hələ heç kartlarımızı hazırlamayıblar. Ərizələrimiz də getməyib. Deyiblər ki, 2 həftəyə kartlar veriləcək. Düşünürəm ki, 48 manat bir tələbə üçün çox azdır. Bu bizim nəyimizə yetəcək?!".
Söhbətə qatılan digər tələbə Aygün Ağayeva da tələbəçiliyin çox çətin olduğunu dedi: "Mən həm oxuyuram, həm də mağazada satıcı işləyirəm. Tələbəçilik, xüsusən də pullu fakültədə oxumaq çox çətindir. Maddi imkanımız aşağı olduğu üçün işləməliyəm. Səhər dərsə gedir, günorta isə işə gəlirəm.
Əlbəttə, yorucudur. Amma başqa çarəm yoxdur. Mən də digər tələbələr kimi gözəl evdə qalmaq istəyərəm. Bu hələ mənim qaldığım ən yaxşı şəraiti olan evdir. Bundan əvvəl qaldığım evdə heç istilik yox idi. Ev sahibəsi ancaq öz otağını qızdırırdı. Bizim qaldığımız otağa isə balaca bir elektrik sobası vermişdi. O da heç evi isitmirdi. Hamama girəndə kəlmeyi-şəhadətimizi deyib girirdik. Qış uzunu yorğanın altından çıxmırdım. Əvvəl işləmirdim. Ailəmin göndərdiyi pul isə mənim dolanışığıma yetmirdi. Vəziyyəti bildiyim üçün pul istəyə bilmirdim. Elə vaxt olub ki, otaq yoldaşımla çörək almağa pulumuz olmayıb, ac qalmışıq. Artıq universiteti bitirirəm. Amma o nağıllardakı gözəl tələbəlik xatirələri məndə yoxdur. Tək istəyim diplomumu almaq və tərcüməçi işləməkdir. O da qismət olsa".
Hər iki qızdan hansı yeməkləri bişirə bildiklərini soruşdum. Aygün əksər yeməyi bişirə bildiyinə desə də, tez-tez bişirdiyi yeməyin tələbə yeməyi - kartof qızartması olduğunu dedi.
Tələblərdən ayda təxminən nə qədər pul xərclədiklərini də soruşduq. Onlar evdən sovqat gələndə bir ayı 200 manatla başa vura bildiklərini dedilər: "İmtahan ərəfəsində aylıq xərcimiz çox olur. Kitab almaq lazım olur və sairə. Amma belə normalda 200 manatla bir ayı yola verə bilirik".
Bu da tələbəlik həyatından bir gün idi. Onların düşüncələri, həyata baxışları doğrudan da o maraqlı tələbəlik həyatının keçmişdə, romanlarda qaldığını deməyə əsas verir. Təbii ki, bu bütün tələbələrə şamil edilmir. Həyatı tələbə həyatından çox şahzadə həyatına bənzəyən tələbələr də kifayət qədərdir.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
I sinfə qəbul üçün boş yerlər açılır - Tarix açıqlandı
-
Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?
-
Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib
-
Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə BİLƏRSİNİZ
-
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
XƏBƏR LENTİ
-
Günəşdə güclü partlayış baş verdi
-
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
Aziz Yıldırımdan buna görə hər kəs QORXUR - VİDEO
-
Kahramanmaraşda zəlzələ oldu
-
Əməkdar artist lk dəfə nəvəsinin FOTOsunu paylaşdı
-
Sibel Can görün kimlə evlənir - FOTO
-
Dənizə balıq ovuna çıxmışdı, qoyun TAPDI - VİDEO
-
Ulduz futbolçu “Mançester Yunayted”ə keçir - Razılığa gəlindi
-
I sinfə qəbul üçün boş yerlər açılır - Tarix açıqlandı
-
Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?
-
Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib
-
"Qurban bayramını qəbul etmirəm, ət YEMİRƏM"
-
Rafael Məmmədovun bu paylaşımına görə 15 il həbs verildi
-
Konqres binasına basqında iştirak edən şəxs Pentaqonda işə götürüldü
-
Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi - FOTO
-
“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq
-
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI
-
Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə BİLƏRSİNİZ
-
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
-
Ərdoğan və Paşinyan arasında telefon danışığı oldu
-
VTB ASC-nin səhmdarları növbədənkənar Ümumi Yığıncaq keçirəcək
-
31 dərəcə isti olacaq - Proqnoz VERİLDİ
-
Polisdən əməliyyat - Keçmiş məhkum həbs edildi
-
Sosial şəbəkələrdə hədiyyə satışı trendi: Fürsət yoxsa dəyərsizlik? - FOTO





