Hacı pivəsi: hacıya pivə yaraşar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yox, müzakirə olunan nə biçarə terror qurbanları idi, nə də ümmətin letorgik yuxuya getmə səbəbləri. Camaat "hacı pivəsi"nin halal-haramlğı məsələsinə aydınlıq gətirirdi. Bu yazıda belə "taleyüklü" suala "halal" və ya "haram" fətvası vermək fikrindən uzağıq. Dərd başqa dərddi.
Söhbət "hacı pivəsi" söz birləşməsindən gedir. Bəzi ilahiyyatçılar bu barədə dəfələrlə söz açsalar da, "hacı pivəsi" ifadəsinin absurd olduğunu söyləsələr də, əksər media təmsilçiləri kor tutduğunu buraxmadığı kimi ikiəlli yapışıblar bu söz birləşməsindən. Axı niyə, hardan yaranıb bu "hacı pivəsi"? İndi dəqiq heç kim deyə bilməz, amma çox guman nə vaxtsa bir müsəlman ya qeyri inanc sahibi ilk dəfə bu iki sözü ard-arda elə belə, zarafat məqsədi ilə düzüb. Gəl ki, yumor hissi olmayan bir başqaları bunu tam ciddiyyətə alıblar. Nəticə isə göz qabağındadır: bu gün "hacı pivəsi" damğası vurulan arpa şirəsi hətta media məkanında təlatümlər yaradır. Amma nədənsə özlərinə sual vermirlər ki, "ay balam, pivəyə hacı yaraşır? Ya hacıya pivə yaraşır?"
Pivənin adı üstündədi. Bu, azalkoqollu içkilər sırasına daxil olan, islami terminlərlə desək, haram mayedir. Əgər mayenin tərkibində spirti yoxdursa, artıq bu pivə statusundan çıxıb olur bir başqa şey. Nə deyirsiniz deyin, məsələn, kompot, şirə, lap həftəbecər, amma daha pivə yox. Çünki hətta alkoqolsuz hesab edilən pivələrin tərkibində 0,2-1% spirt var. Yəni, pivəni pivə edən spirtdi. Spirt yoxdu - pivə də yoxdu! Necə ki, tapançanı tapança edən onun atəş açmaq xüsusiyyətidir, daxilindəki güllələrdi. Əgər tapança formasında olan bir əşya güllə atmaq əvəzinə su çiləyirsə, onda bu əşyanı tapança adlandırmaq olmaz. Ya da, "hacı pivəsi" vurğunlarının məntiqi ilə gərək ona deyək "hacı tapançası". Bir qədər də düşünüb-daşınsaq "hacı lomu" (insan başı yarmayan lom), "hacı avtomobili" (yol hərəkəti qaydalarını pozmayan avtomobil), "hacı kompüteri" (əxlaqsız fotoları monitorda peyda olmayan kompüter) və s. "yeniliklər" ixtira edə bilərik. Yaxud, əksinə, "şeytan avtomobili", "şeytan kompüteri" və s. Amma nəyimizə lazımdı? Halal və haramı müəyyən etmək üçün dəqiq göstəricilər var. İxtiralara ehtiyac yoxdu. Bu, İslama heç yaraşmır da. Pivə hacıya, hacı isə pivəyə yaraşmayan kimi.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
-
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq
-
"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
-
Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı





