Zəriflərimizin zəif cəhəti...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stilist-vizajist Elnur Əsədov bizimlə söhbətində dedi ki, qadınların, adətən, gözəllik salonlarına getmələrinin birinci səbəbi görünüşlərinə enerji qatmaq istəmələridir: "Fransızlar hesab edirlər ki, hər bir qadın şarma və stilə sahib olmalıdır. Bunun üçün gözəllik mərkəzlərinə müraciət edənlər də az deyil. Bəzi xanımlar fərqli görünmək, daxili dünyalarını motivasiya etmək, gündəlik baxım və dincəlmək, tədbirlərdə iştiraka hazırlaşmaq üçün gözəllik salonlarına müraciət edirlər".
"Gənclik dövründə qadınlar özlərindən daha çox əmin olurlar"
"Gənclik özü gözəllikdir. Gənclik dövründə qadınlar özlərindən daha çox əmin olur, təbii gözəlliyə daha çox üstünlük verirlər. Təbii saç rəngləri, uzun saçlar gənclərin əksəriyyətinin seçimidir. Buna baxmayaraq, gözəllik mərkəzlərinə bütün yaşda xanımlar müraciət edirlər",-deyə qeyd edən stilist-vizajist müştərilərinin 50%-nin gənclər olduğunu söylədi.
"İş həyatında gözəl görünmək savadlı olmaq qədər vacibdir", deyir müsahibimiz. Onun sözlərinə görə, saçın boyanması, formasının dəyişdirilməsi ilə bağlı gözəllik salonlarına 20-40 yaş arasında xanımlar, tələbələr, işgüzar xanımlar, incəsənət nümayəndələri daha tez-tez müraciət edirlər.
Yaşı 50-dən yuxarı olan qadınların gözəllik salonlarına çox getməmələrinin səbəbini açıqlayan müsahibimiz: "Bu yaş dövrünün xanımları bir ayda bir dəfə və ya iki ayda bir dəfə müraciət edirlər. Onlar üçün vizaj o qədər əhəmiyyətli deyil. Saç kəsimi, manikur, pedikür ilə kifayətlənirlər".
Depressiyada olarkən saçınızı kəsdirməyin!
Stilist-vizajist E. Əsədov qadınların daha çox depressiyada olarkən gözəllik mərkəzlərinə müraciət etdiklərini dedi: "Bir çox qadınlar çıxılmaz vəziyyətdə olanda, hirslənəndə, özlərini pis hiss edəndə, narahatlıq keçirəndə, özlərini bədbəxt hiss edəndə, qərar vermək lazım gələndə saçlarını kəsdirirlər. Lakin bu addımlarının nəticəsindən hər zaman razı qalmırlar. Qadınların əksəriyyəti bunu etdikdən sonra peşman olurlar. Qadınların yalnız 20-30%-i görünüşündə dəyişiklik edəndə rahatlıq tapırlar".
Son vaxtlar gözəllik salonlarının sayı ölkəmizin demək olar hər bölgəsində artır. Bu isə ondan xəbər verir ki, bu sahəyə gəlirli sahə kimi baxanlar az deyil. Lakin E. Əsədov bu fikirlə o qədər də razı deyil. Onun fikrincə, hər kəs bu sahədə kifayət qədər pul qazanır düşüncəsində olmaq doğru deyil. Belə ki, professionallıq və ustanın tanınması gəlirin həcmini müəyyənləşdirir.
Elə xanımlar da var ki, ya maddi vəziyyətin qənaətbəxş olmaması səbəbindən, ya da vaxt azlığından gözəllik salonlarına gedə bilmirlər. Belə xanımlara məsləhət verən stilist, saçları evdə də peşəkarcasına rəngləməyin, formaya salmağın mümkün olduğunu söylədi: "Müasir texniki vasitələr buna imkan verir".
Bəs maddi vəziyyəti qənaətbəxş olan xanımlar gözəllik salonlarında nə qədər pul xərcləyirlər? Müsahibimizin sözlərinə görə, ziyafət, toy, xüsusi günlərdə qiymətlər 70-100 manat, sadə baxım qiymətləri isə nisbətən az - 40-50 manat arasında dəyişir.
Etiraf edək ki, cəmiyyətimizdə kişilərin bu işlə məşğul olmalarına münasibət birmənalı deyil. Lakin biz razılaşsaq da, razılaşmasaq da bu bir reallıqdır ki, kişi vizajistlərin sayı günbəgün artır. Hətta deyərdik ki, onların bir çoxunun müştərisi xanım həmkarlarından daha çoxdur. Bəlkə də xanımlar həmsöhbətimizin cavabı ilə razılaşmayacaqlar, amma bununla bağlı sualımıza Elnur Əsədovun cavabı belə oldu: "Mənim fikrimcə, bir çox xanımlar bu sahədə sadəcə "təki iş olsun" prinsipi ilə işləyirlər. Kişilər isə öz fantaziyalarını ortaya qoyurlar. Beyinlərinin məhsulunu tətbiq edir, yenilik axtarışında olmaqla yanaşı, qadınların gözəl görünməsi üçün səylərini əsirgəmirlər".
Kosmetoloqu seçərkən seçici olun!
Gözəllik salonlarında kosmetoloji fəaliyyət göstərən kosmetoloqların da sayı artıb. Bir çoxları bu işə bir qədər adi yanaşır. Amma kosmetoloq xidməti çox ciddi bir işdir. Ən azı ona görə ki, kiçik bir diqqətsizlik dərinin zədələnməsi ilə nəticələnə bilər. Bəs kosmetoloqların professionallığını necə müəyyənləşdirmək olar? Stilist-vizajist: "Mən vətəndaşlara həkim kosmetoloqlara müraciət etməyi məsləhət görürəm. Diplomları ilə, peşə fəaliyyəti ilə dəqiq tanışlıqdan sonra onlara etibar etsinlər. Professionalları seçməyin hər zaman vacib olduğunu bilmək lazımdır. Çünki edilən hər hansı xəta üzdə, dəridə qalıcı zədələr yarada bilər və müalicəsi illərlə vaxt aparan xəstəliklərə yoluxma ola bilər. Odur ki, bu məsələdə maksimum diqqətli olmağı məsləhət görərdim. Hər yoldan keçənə etibar etmək olmaz.
"Zaman Azərbaycan"
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)





