Cəmiyyət

DSMF-in yeni sədri kimdir?

2 Dekabr 2013 18:36
Baxış: 5 675
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 2-də imzaladığı sərəncamla Elman Lütvü oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri təyin olunub.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildiriblər ki, E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə dövlət vergi xidməti orqanlarında çalışıb.

1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.

E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Evlidir, 2 övladı var.

Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.