Bu birləşmənin nəticəsində möhtəşəm Şərq intibahının mərkəzinə çevrilən Azərbaycanda bu gün də tarixin bəzi sirləri yatmaqdadır. XII əsr Müsəlman-Şərq intibahı əsasən elm, mənəviyyatın yayılma və formalaşması nəticəsində özünün ən pik nöqtəsinə çata bildi. XII-XVI əsrləri əhatə edən dirçəliş dövrü Azərbaycan, Şərq mədəniyyətinin ən parlaq tarixi hesab olunur. Bu müddətdə inkişaf edən Şərq fəlsəfəsi indi də həm özünü, həm də rasional Qərb təfəkkürünü material və düşüncə məhsulu ilə "təmin etmədədir". Bu dirçəlişin bünövrəsində elm, ədəbiyyat, mədəniyyət, İslam mənəviyyatı və bunların hamısının birgə təşkil etdiyi unikal düşüncə tərzi - təsəvvüf dayanır. Təsəvvüf, təbii ki, öz inkişaf mərhələsinə adlamaqdan ötrü Azərbaycandan istifadə etməli idi. Təsəvvüf Bağdad, Şam, Bəsrə və digər məşhur Şərq şəhərlərində təşəkkül tapsa da, öz inkişafının pik nöqtəsinə Azərbaycan və Anadolu vasitəsilə çata bildi.
Uzun incə bir yoldayım....
Milli.Az Modern.Az-a istinadən bildirir ki, sufizmin təbliğinin ən geniş yayılmış üsulu gəzərgi dərvişlərin el-el, oba-oba dolaşaraq Allah kəlamlarını təbliğ etmək, insanın Allahda təcəllisini, ona "şah damarından da yaxın olmasını" və s. insanlara çatdırılması idi. Onların əsas missiyası kamil insan formalaşdırmaq idi. Kamil insan öz "reseptini" sufizmdə gizlədirdi. Sufizmin "piarmen"ləri olan dərvişlər və övliyaların keçdikləri, gəzib-dolaşdıqları yerlər arasında sözsüz ki, Azərbaycan birinci yeri tutur. Tarixçi Muhəmməd İbn Münəvvərin məlumatına görə, təkcə Şirvanda 400-dən artıq sufi xanəgahı olub. Şirvan şeyxi Pir Hüseynin xanəgahı Bakının 127 kilometrliyində yerləşir. Bütün bu məlumatlar İslam dünyasında qurulan ilk təkyə yerlərindən birinin Azərbaycan ərazisi olduğunu göstərir.
XVI əsrdə Azərbaycanda olmuş Övliya Çələbi bu ərazidə mövcud olan xanəgah və təkkələr haqqında məlumat vermişdir. Bu məlumatda Şeyx İbrahim Şirvaninin, Mərəzədəki Diri Babanın, Şeyx Rza Sultanın, Əfşar Babanın ziyarətgahlarının adları çəkilir.
Digər sufi xanəgahları da bunlardır:
Soltan Baba piri
Bu abidə Dəvəçi rayonunun Uqah kəndindədir. Vaxtilə bu tikilinin çəkilmiş fotoşəklindən məlum olmuşdur ki, əvvəllər, qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olub. Kitabədən burada sufiliyi təbliğ edən cəmiyyətin şeyxi Əbu Bəkrin məqbərəsi yerləşdiyi bilinir. Oradakı türbə Sultan Fərruxzad ibn Axsitanın zamanında Nasirin oğlu Nəcəf Məhəmməd tərəfindən inşa etdirilib.
Seyid Əhməd piri
Seyid Əhməd piri Lənkəran-Astara şose yolunun sağ tərəfində yerləşən meşəlikdəki Maşxan kəndinin qəbristanlığındadır. Məqbərə XV əsrdə yaşamış Sultan Əhməd ibn Kərimə məxsusdur. "Maşxan" sözünün "biz şeyxlər" mənasında işləndiyi üçün kəndin adının buradakı şeyxlərlə əlaqədar meydana gəldiyi güman edilir.
Babadilim piri
Quba şəhərinin Hapıt kəndində olan bu zaviyə Sufilik mərkəzi kimi fəaliyyət göstərən zaviyənin X-XI əsrlərdə inşa edildiyi ehtimal olunur.
Əlibaba piri
Bakının 50 km-də, Xəzərin şərq sahilində, Türkan qəsəbəsindəki köhnə qəbristanlıqda yerləşir. Türbədəki qəbirin kitabəsində mərhumun adı pozulduğuna baxmayaraq, əhali arasında burada xalq yolunda şəhid düşmüş Əlibaba adlı şəxsin dəfn olunduğu söylənilir. Qəbri ziyarətgaha çevrilmiş bu insanın XIII əsrdə yaşadığı güman edilir.
Qara paltar piri
Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki Qara paltar piri nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır. Buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və Şağan kəndlərində də var. Şağan kəndində yerləşən türbə Bulqaq (Əbul-həqq) bin Bulqərara məxsusdur. Suraxanıdakı türbənin bəzi yazıları köhnələrək silindiyindən bu qəbirin hicri təqvimi ilə 803-cü ildə vəfat etmiş Gərşivəzin oğluna aid olduğu haqda məhdud məlumat bilinməkdədir. Həmin abidələrin xaçpərəst xristianlara məxsus olduğu ehtimal edilir. Şağan türbəsinin içərisindəki daşlar görünməsin deyə, tikilinin qapısı daşla hörülmüşdür. Buzovnadakı türbənin içərisindəki xaçlar isə suvaqla örtülmüşdür. Adı çəkilən abidələr tarixi yöndən böyük əhəmiyyətə malikdir. Belə ki, Alban xaçı Qafqazda ən qədim hesab olunur.
Xanağa piri
Naxçıvanın Ordubad şəhərinin Xanağa kəndindədir. Tədqiqatlar nəticəsində pirin yerində daha öncə xanəgahın (şeyxlərin, dərvişlərin ibadət etdikləri yer) yerləşdiyi zənn edilir. Kəndin adının da məhz xanəgahlarla əlaqədar meydana gəldiyi güman edilir.
Düylün piri
Üzərində yazılı kitabəsi olmadığı üçün Ordubadın Düylün kəndindəki pirin tarixi və burada dəfn olunanın kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün deyil. Lakin onun sufi təriqətlərindən olduğu və XIV əsrdən əvvəl fəaliyyətə başladığı ehtimal edilir.
Seyid Camaləddin piri
Lənkəran-Astara şose yolunun üstündə Pensar (Butasar) kəndi qəbristanlığında yerləşən pir, Şeyx Səfi Ərdəbilinin ustadı Tacəddin İbrahimin (Şeyx Zahidin) mürşidi Eynəzzaman Camaləddin Gilinin adı ilə bağlıdır. Butəsər mahalının Malvan kəndindən olan Seyid Camaləddin ömrünün çox hissəsini Astarada yaşayıb, sufizmi təbliğ etmişdir.
Babagil piri
Vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər) kəndində məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. Onun ləqəblərindən biri talışca "Asnaqaran", farsca "Aһəngəran" olmuşdur. "Babagil" sözünün mənası isə yerli əhalinin dediyinə görə, "Gilanlı baba" deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil. Onun XI əsrdə yaşadığı ehtimal edilir.
Diribaba piri
Adıçəkilən pir Mərəzə ərazisindəki bir qayalıqdakı mağaranın içindədir. Diribaba Şirvanşah Şeyx İbrahimin müridi olmuş və şeyx kimi fəaliyyət göstərib. Rəvayətə görə, Diribaba Seyyid İbrahimin tövsiyəsilə daim dizi üstə oturub, Allaha dua etdiyindən, onu ziyarət edənlərin təsəvvüründə belə qalmış və bununla əlaqədar olaraq pir "Diribaba" adlandırılıb.
Həzrəti Şeyx Mənsur piri
Qəbələnin Həzrə kəndində yerləşir. Buradakı abidələr XIV- XVI əsrlərə aiddir, Şeyx Mənsur Şirvanşah I Şeyx İbrahimin dövründə yaşayıb, Həzrə türbələrinin tədqiqi nəticəsində bu abidələrin Şirvan Abşeron memarlığı məktəbinə aid Şamaxı ustalarının inşası olduğu aşkar edilib. Dədəgünəş piri Şamaxının Dədəgünəş kəndinin meşəliyində yerləşir. Yerli əhali buradakı məqbərəni "Piri Sultan Dədəgünəş" adlandırmışlar. "Dədəgünəş" XII əsrdə yaşamış alim, təbib və filosof Kafiəddin Ömər ibn Osmanın ləqəbidir. Rəvayətə görə, Dədəgünəş kəndinin yaxınlığındakı Məlhəm kəndində vaxtilə müalicəvi xüsusiyyətlərə malik kükürdlü su və palçıq yataqları olub. Dədəgünəş insanları bu məlhəmlər vasitəsilə müalicə etdiyindən, ona "yerin və göyün günəşi" deyilib.
Ağbil piri
Qubanın Ağbil kəndindəki qəbristandadır. Şirvanşah II Xəlilullah vaxtında yaşamış Şeyx Məzyədin, Şeyx Bayazidin, sufi Rəfiəddin və şəhid Şah Muradın burada dini fəaliyyət göstərdikləri kitabələrdən aydın olmuşdur. "Şeyx Məzyəd" türbəsi Sultan oğlu Sultan Xəlilullahın vaxtında sufi Rəfiəddinin oğlu Şeyx Məzyədin qəbiri üzərində (h. 940 / m. 1533-1534) inşa edilmişdir. "Sofi Həmid piri" abidələr kompleksi Şirvan şəhəri ərazisindədir. Buradakı türbənin XIV əsrdən əvvəl tikildiyi ehtimal edilir. Türbə qarşısında Sofi Həmidin bir neçə müridinin abidələri də mövcuddur. Sofi Həmidin Bektaşiyyə təriqətinin qollarından birinin şeyxi olduğu güman edilir.
Bunlardan əlavə, Şeyx Baba piri (Qəbələ şəhərinin Həmzəli kəndi), Babaratma piri (Şəki şəhəri Babaratma kəndi), Şeyx Yusif piri (Yevlaxın Ərəbbəsrə kəndi) və digər adlarını çəkmədiyimiz sufi iqamətgahlar var. Diqqət yetirdinizsə, xanəgahların çoxusu pir adlanır. Pir indiki zamanda onlara verilən adlardır. Öz dönəmlərində isə sırf övliyya məskəni, sufi ocağı kimi fəaliyyət göstəriblər. Mövzu ilə əlaqədar olaraq sufizm sahəsində mütamadi araşdırmalar aparan, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə müraciət etdik:
Azərbaycanda sufiləri dərvişlərlə eyniləşdirirlər, amma bu düz deyil
Orta əsr mənbələrinin birində məhz Şirvanda dərvişliyin yayılması barədə bir irad da var. Mənbəni indi xatırlamıram. Xanəgahlar ayrıca tədqiqat sahəsidir.
Mövzu ilə bağlı konkret ünvanları demək çətindir.
Biri Şeyx Mahmud Əfəndinin Qubadakı məkanıdır. Onun nəslindən qalan bir xanım bizdə işləyir, o daha səhih məluma verər
Amma bu, nigarilərin Mahmud əfəndisi ilə səhv salmayın. Nigarilərin bir xanəgahı səhv etmirəmsə Bərdədir. Pir Hüseyn Şirvani (XIII əsr) xanəgahı Hacıqabuldadır.
O, daha yaxşı qorunmuş bir xanəgahdır. Fərziyyələrə görə, Xəlvətiyyə təriqətinin xanəgahı Şirvanşahlardadır, amma bu, mübahisəlidir. Culfada bir xanəgah var, Əlincəçay xanəgahı deyirlər. Hansı təriqətindir dəqiq deyil, sonralar Hürufilər orada deyilənə görə Nəimini dəfn ediblər, ancaq xanəgah daha əvvəldən XII əsrdən olub. Məlumat üçün deyim ki, orta əsrlərdə Azərbaycan ərazisində, xüsusilə Şirvan və Şimal ərazidə təriqətlər çox olub və istənilən məscidin yanında bir xanəgah tapmaq mümkündür.
Amma hazırda sufi təriqətləri xanəgahlar şəklində deyil, söhbətlər şəklində öz mövcudluğunu davam etdirir.
Məsələn, çox nadir sufi təriqəti olan rifailiyin Azərbaycanda qolu var, amma xanəgahı yoxdur.
Milli.Az
Cəmiyyət
Azərbaycanda sufi xanəgahları və abidələri - ARAŞDIRMA
29 İyun 2013 15:49
0 Şərh
Baxış: 7 030
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- "Ən gözəl işin bizi Azərlə tanış etməyin oldu" - FOTO
- Pakistanlı arvadından şikayət üçün səfirliyə üz tutdu - cəzalandırıldı
- "Türkiyənin Maldivləri" SATILIR - bu qiymətə - FOTO
- “Neftçi”dən ilk transfer - FOTO
- Los-Anceles yanğın bu silahla törədilib?
- Məşhur aktyor vəfat etdi
- 3 BÜRC milyonçu olmaq üçün doğulub
- Zelenskinin maaşı AÇIQLANDI
- Rusiyada internet tamamilə ÇÖKDÜ
- “Sevilya”nın futbolçusu saxlanıldı - FOTO
- Əməkdar artisti ayaqqabısına görə ƏLƏ SALDILAR - VİDEO
- Ronaldo 200 milyon avro qazanacaq
- İmtahana qeydiyyat elan olundu
- Hafiz Hacıyev yaddaşını itirdi? - AÇIQLAMA
- Livanın yeni baş naziri o oldu
- "Təkcə qulaqlarım və göz bəbəklərim təbiidir" - FOTOlar
- Qalyan: İrəvana yeni Konstitusiya lazımdır
- Nəhmət Rəhmanova yüksək vəzifə verildi - FOTO
- Arvadını uşaqlarının yanında öldürən ərin cəzası MƏLUM OLDU
- Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verib
- “Mançester Siti”nin keçmiş futbolçusu öldü - FOTO
- "Demişdi ki, yasımda deyin-gülün" - VİDEO
- Qəzzada atəşkəs olacaq - Bu gün elan edilə bilər
- Sabah bəzi ərazilər işıqsız qalacaq