Cəmiyyət

Xalq artisti Nodar Şaşıqoğlu II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB - FOTO

12 Aprel 2013 18:52
0 Şərh     Baxış: 5 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:13

APA-nın məlumatına görə, aktyor II Fəxri xiyabanda dəfn olunub.

---------
16:38


Aktyor Evində Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu ilə vida mərasimi keçirilir.

APA-nın verdiyi məlumata görə, vida mərasimində ailə üzvləri, yaxınları, həmkarları, sənət dostları iştirak edirlər.

Vida mərasimini açıq elan edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulayıb. Onun sözlərinə görə, aktyor sağlığında dövlətin diqqət və qayğısını görərək fəxri adlara, "Şöhrət" ordeninə layiq görülüb, prezident təqaüdü alıb. Ə.Vəliyev aktyorla bağlı xatirələrini də danışıb.

Mərhumun oğlu APA-ya açıqlamasında atasının yaşlı olduğunu və son vaxtlar xəstəlikdən əziyyət çəkdiyini deyib: "Ömrünün son iki gününü xəstə olaraq yataqda keçirdi. Mən son anına qədər onun yanında oldum".

Mərasimdə, həmçinin mərhum aktyorun sənət dostları, tərəf müqabilləri çıxış ediblər.

Qeyd edək ki, Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə", "Sevilya ulduzu", "Mariya Tüdor" da Cilberti (V.Hüqo) oynayıb.

N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır. "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə (1958, rej. T.Tağızadə), "Əsl dost"da Fərman (1959, rej. T.Tağızadə), "Səhər"də Əzizbəyov (1960, rej. A.Quliyev), "Matoe Falkone" qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), "Leyli və Məcnun"da Məcnun (1961, rej. L.Səfərov), "Bizim küçə"də Mixaylo (1961, rej. Ə.Atakişiyev), "Telefonçu qız"da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.

1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

---------
13:02


Azərbaycanın xalq artisti ilə vida mərasiminin yeri məlum oldu.

Dünyasını dəyişən Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu ilə vida mərasimi bu gün saat 15:00-da Aktyorlar Evində keçiriləcək. Milli.Az xəbər verir ki, bu barədə











































------------
18:09





---------
11:12

























































































Foto: Trend,
APA ,AzərTAc

Azernews Newspaper

XƏBƏR LENTİ