Cəmiyyət

Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması Çində yaşayan soydaşlarımızın da sevincinə səbəb olub

1 Sentyabr 2012 20:48
0 Şərh     Baxış: 302
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması bütün dünyada yaşayan azərbaycanlılar kimi, Çin Xalq Respublikasındakı soydaşlarımızın da sevincinə səbəb olmuşdur.

Bu ölkədə yaşayan azərbaycanlılar 2004-cü ildə Macarıstanda Azərbaycan xalqını və bayrağını təhqir edən erməni zabitini öldürməklə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi nüfuzu sayəsində ölkəmizə gətirilməsini və dövlətimizin başçının Sərəncamı ilə əfv olunmasını yüksək qiymətləndirirlər. Soydaşlarımız hadisəni özünəməxsus bir formada qeyd etmək qərarına gəlmişlər. Belə ki, Çinin paytaxtı Pekin şəhərində azərbaycanlı iş adamlarına məxsus "Desert rose" restoranında sentyabrın 1-də heç bir müştərindən hesab alınmamışdır. Gün ərzində yüzlərlə yerli və əcnəbi müştəri təmənnasız olaraq Azərbaycan yeməklərinə qonaq edilmişdir.

Aksiyanın təşkilatçıları Cəmşid Hüseynov, Məzahir Hüseynov Natiq Bağırov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi istiqamətində apardığı ardıcıl və səmərəli fəaliyyətə, onu əfv Sərəncamı ilə azad etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Soydaşlarımız hesab edir ki, dövlətimizin başçısının bu cəsarətli addımı onun hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durduğunu göstərir. Bu, düşmənlərimiz qarşısında xalqımızın həmrəyliyinin bir nümunəsidir.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.