Cəmiyyət

Gözlərdə quruluq və yanma hissinin səbəbi nədir? - Oftalmoloqdan açıqlama

20 İyul 2026 13:18
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müasir həyat tərzi göz sağlamlığına da təsir göstərir. Gün ərzində uzun müddət telefon, kompüter və digər ekran qarşısında vaxt keçirmək bir sıra narahatlıqlara səbəb ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, belə hallarda ən çox rast gəlinən problemlərdən biri də "quru göz sindromu"dur.

Mövzu ilə bağlı oftalmoloq, tibb elmləri doktoru və professor Vyaçeslav Kurenkov açıqlamasında bildirib ki, gözün sağlamlığını qoruyan xüsusi göz yaşı sistemi fəaliyyət göstərir. Bu sistem üç qatdan ibarətdir: yağ təbəqəsi mayenin tez buxarlanmasının qarşısını alır, sulu qat gözü nəmləndirir, müsin qatı isə göz yaşının göz səthində qalmasını təmin edərək onun axmasının qarşısını alır.

Professor qeyd edib ki, bu mexanizmin normal işləməməsi gözün ön hissəsində müxtəlif problemlərin, xüsusilə də quru göz sindromunun yaranmasına səbəb ola bilər.

Oftalmoloq Olqa Vasilyeva isə bildirib ki, quru göz sindromunun ən geniş yayılmış formalarından biri kompüter və smartfonlardan uzun müddət istifadə ilə əlaqəli olan "kompüter görmə sindromu"dur. Onun sözlərinə görə, insanlar ekrana uzun müddət diqqətlə baxarkən daha az göz qırpırlar. Nəticədə göz səthi tədricən quruyur və zaman keçdikcə bu vəziyyət xroniki problemə çevrilə bilər.

Həkimlər bildirirlər ki, quru göz sindromunun əsas əlamətləri arasında səhər saatlarında gözlərin qızarması, gün ərzində isə gözlərdə qum, yanma və ya yad cisim hissinin yaranması yer alır. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.