Xırdalanın sabiq bələdiyyə sədri hakim qarşısına çıxarılır: Külli miqdarda mənimsəmə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Musayev Orxan Elxan oğlunun qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Milli.Az xəbər verir ki, istintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.
Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur
-
Netanyahunun oğlu adını dəyişdi
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib
-
FHN-dən əhaliyə müraciət
-
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
Mbappedən dünya çempionatında yeni rekord
-
TikTok-da ilmə-ilmə yaşadılan Azərbaycan xalçaçılığı
-
Aparıcı Mətanətdən efirdə maraqlı jest: Xalq artistinin bacısına bahalı üzüyünü hədiyyə etdi - (Video)
-
Xaricdə təhsil almaq istəyənlərə vacib xəbərdarlıq





