Kimlər daha tez pensiyaya çıxa bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi.
Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur.
V.Bayramovun sözlərinə görə, güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları" haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-ci maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir:
"Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar, əgər bu hüquqdan atalar istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar".
Deputat qeyd edib ki, Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.
Nəzərə çatdırıb ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır:
"Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Bu tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir





