Bu ölkələrə səfər etməyin - RƏSMİ XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Bu kontekstdə vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik.
Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir.
Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam edir", - bəyanatda vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda məktəbdə müəllim şagirdin başına saqqız yapışdırıb - İDDİA - VİDEO
-
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib - YENİLƏNİB
-
Boğazınız ağrıyan kimi dondurma YEYİN
-
Onlara hər ay 600 manat ödənilir
-
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
-
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
XƏBƏR LENTİ
-
"Yarqunat" ərə getdi - VİDEO
-
Bakıda məktəbdə müəllim şagirdin başına saqqız yapışdırıb - İDDİA - VİDEO
-
Bakıda avtomobil alışdı - VİDEO
-
Hazırda bazarlarda gilas və çiyələk görün neçəyə SATILIR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib - YENİLƏNİB
-
Boğazınız ağrıyan kimi dondurma YEYİN
-
Erbilin bu dəfəki sevgilisi özündən 48 yaş kiçikdir - TikTokda tanış olublar - FOTO
-
Paytaxtda oteldə kişi meyiti tapıldı
-
"Fənərbağça"nın ulduzunu qonşuları POLİSƏ VERDİ - FOTO
-
Türkiyədə də zəlzələ oldu
-
"Məni aldadıb 300 manatımı almaq istədi"
-
Bakıda qadın avtomobilin önünü kəsib, üstünə uzandı - VİDEO
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - ARAŞDIRMA - FOTO
-
Onlara hər ay 600 manat ödənilir
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
-
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
-
"Xəstə" sürücü saxlanıldı
-
Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı
-
Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb
-
Qəzaya görə məhkəməlik olan Arzum ərindən də BOŞANDI - VİDEO
-
Bu daşlardan tapsaz pul qazana bilərsiniz - 3 bölgəmizdə daha çoxdur
-
Yaponiyada 100-ə yaxın məktəb bağlandı - SƏBƏB
-
İranda ardıcıl iki zəlzələ baş verdi





