Bu səhər yeməyi vərdişindən uzaq durun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhər yeməyi bir çox insan üçün günə enerjili başlamağın əsas hissəsidir. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, süfrələrimizdən əskik olmayan bəzi qidalar ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Xüsusilə ağ undan hazırlanan məhsulların düşündüyümüzdən daha zərərli olduğu bildirilir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, simit, ağ çörək, açma və poğaça kimi məhsullar rafinə olunmuş undan hazırlanır. Bu proses zamanı taxılın lif və faydalı hissələri ayrılır, geridə isə orqanizmdə sürətlə şəkərə çevrilən nişasta qalır. Nəticədə qan şəkəri kəskin yüksəlir və bədən bunu tarazlamaq üçün çox miqdarda insulin ifraz edir. Bu prosesin davamlı təkrarlanması damarların daxili qatına zərər verir.
Araşdırmalarda qeyd olunur ki, yüksək şəkər və insulin səviyyəsi damar divarlarında zədələnmələr yaradaraq damar sərtliyinə səbəb ola bilər. Bundan əlavə, rafinə karbohidratların orqanizmdə iltihab yaradan maddələrin artmasına gətirib çıxardığı vurğulanır. Bu isə ürək-damar xəstəliklərinin əsas risk faktorlarından hesab olunur.
Məqalədə həmçinin trans yağların təhlükəsinə diqqət çəkilir. Xüsusilə market və ya şirniyyat dükanlarında satılan bəzi xəmir işlərinin hazırlanmasında istifadə edilən marqarin və sənaye tipli yağların "pis" xolesterini artırdığı, "yaxşı" xolesterini isə azaltdığı bildirilir.
Mütəxəssislər sağlam seçim kimi ağ undan hazırlanan məhsullar əvəzinə tam taxıllı çörəkləri, yağlı xəmir işləri yerinə isə yumurta, lor pendiri və zeytun yağı ilə hazırlanan qidaları tövsiyə edir. Onların fikrincə, hər səhər edilən qida seçimi ürəyin sağlamlığına birbaşa təsir göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu səhər yeməyi vərdişindən uzaq durun
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
XƏBƏR LENTİ
-
ABŞ və İran arasında 60 günlük atəşkəs razılaşması hazırlanır
-
Pakistanda hərbçiləri daşıyan qatar partladıldı: Ölənlər var
-
Bu səhər yeməyi vərdişindən uzaq durun
-
Bulvarda itkin düşən azyaşlının ailəsi tapıldı
-
Kiyevə hücum zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
-
Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı
-
Axalkalaki–Qars dəmir yolu açıldı
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Azərbaycanda zəlzələ OLDU
-
Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb
-
Türkiyədə güclü zəlzələ olub
-
Bərdədə ağır QƏZA: Ölən var
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
4 aya 36 kiloqram arıqladı - FOTO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur





