Cəmiyyət

Valideynlərin DİQQƏTİNƏ: Bu vərdiş uşaqların gələcəyini məhv edir

5 May 2026 15:54
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rəqəmsal alətlərdən gündəlik istifadə edən uşaqların nəticələri aşağıdır.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib. 

Bildirib ki, IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən Azərbaycanda beşyaşlı uşaqların 46 faizi rəqəmsal alətlərdən istifadə edir. 

Onun sözlərinə görə, rəqəmsal alətlərdən hər gün istifadə edənlərin nəticələri daha aşağıdır. 

"Tədqiqat göstərir ki, Azerbaycanda ali təhsilli anaların uşaqları daha yüksək nəticə göstərir. Ən böyük fərq riyazi bacarıqlar (36 bal) və təməl savadlılıq (27 bal) üzrə qabarıqdır".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.