Həbsdə olan şəxslər yaxın qohumları ilə videogörüş keçirə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həbs edilmiş şəxslərin yaxın qohumları ilə videogörüş keçirmək hüququnun təsbit olunması təklif edilir.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunda həbs edilmiş şəxslərin bu qanunla nəzərdə tutulmuş qaydada və hallarda yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə videogörüş keçirmək hüququnun təsbit olunması təklif edilir.
Həmçinin, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin Ombudsmana əlçatanlığının təmin edilməsi və hüquqlarının daha etibarlı müdafiəsinin təşkili məqsədilə Ombudsmanın Çağrı Mərkəzi ilə əlaqə saxlamaları üçün onlara əlavə telefon danışığı hüququnun qanunvericiliklə təsbit edilməsi məqbul sayılır.
Bununla yanaşı, cəza çəkdikləri müəssisələrdə cərimə təcridxanasına keçirilən məhkumların bu səbəbdən telefon danışığı hüququnun məhdudlaşdırılması və ailə üzvlərinin bununla bağlı məlumatlarının olmaması ilə əlaqədar yaranan narahatlıqların aradan qaldırılması məqsədilə barəsində belə intizam tənbehi tətbiq edilən şəxslərin yaxınlarına məlumat verilməsi ilə bağlı müddəanın qanunvericiliklə müəyyən edilməsi və Penitensiar Xidmətin Qaynar Xəttinin bu istiqamətdə effektiv fəaliyyətinin təmin edilməsi məqsədəuyğun hesab edilir./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"
-
Həyət evlərinin qarşısındakı sahələr kimə məxsusdur?
-
Azərbaycanın valyuta ehtiyatları 12,6 milyard dolları keçdi
-
"Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər tələb OLUNUR?
-
7788.8 hektar ərazi minalardan təmizlənib





